Prezidentin xanımı öpüşü və eleqant geyimi ilə diqqət mərkəzində - FOTOLAR
Dünən Fransada, Yelisey Sarayında ölkənin tarixində ən gənc prezidenti seçilən Emmanuel Makronun andiçmə mərasimi keçirilib.
Moda tənqidçiləri artıq onunla Amerikanın birinci xanımı Melaniya Trampın andiçmə mərasimində geyindiyi paltarın müqayisəsini aparıb. Dəb mütəxəssisləri bildirib ki, Bricit Makron da inauqurasiya mərasimi üçün eyni Melaniya Tramp kimi mavi kostyum seçərək onu təkrar edib.
Lakin məlum olub ki, Fransa prezidenti həyat yoldaşından fərqli olaraq təntənəli açılışa "Jonas & Cie” moda evindən qiyməti 450 avro olan sadə kostyumda gəlib. Bu barədə yeni prezidentin mətbuat katibi məlumat verib.
Qeyd edək ki, Fransanın yeni prezidenti Emmanuel Makronun həyat yoldaşının özündən 24 yaş böyük olması dünya mətbuatından böyük səs-küyə səbəb olmuşdu.
Prezidentin hər kəsində gözü önündə xanımının dodaqlarından öpməsi isə günün əsas mövzularından biri olub.//publika