Dövlət Toxum Fondu tenderin müddətini UZATDI
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Toxum Fondunun toxum emal edən fabrik, anbar və yardımçı tikililərin satınalınması ilə əlaqədar aprel ayında elan etdiyi tenderin müddəti uzadılıb.
AzerTaym.az- ın verdiyi məlumata görə, tenderin ilkin sənədlərinin qəbulu 31 may saat 17:00-a, təkliflərin son təqdimat tarixi 8 iyun saat 17:00-a, zərflərin açılışı isə 9 iyun saat 11:00-dək uzadılıb.