07.03.2014. - Heydər Əsədov Dövlət Toxum Müfəttişliyinin rəisini işdən çıxard
Respublika Dövlət Toxum Müfəttişliyinin rəisi Mikayıl Zeynalov vəzifəsindən azad edilib.
AzerTaym.az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün əmr imzalayıb.
Respublika Dövlət Toxum Müfəttişliyinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Müfəttişliyin rəis müavini Ədalət Yusifova həvalə edilib.