15.02.2014. - “Azərbaycanda kənd təsərrüfatı sahibsiz qalıb”
Bunu Modern.az saytına
ekspert Oktay Haqverdiyev bildirib:
“Bu gün Azərbaycanın qarşısında ərzaq təhlükəsizliyi məsələsi durur. Ona görə də kənd təsərrüfatına daha çox fikir verilməlidir. Subsidiyalar öz yerində, vətəndaşlara kreditlər də verilməlidir. Adi banklarda faizlər çox yüksəkdir, insanlar o kreditləri ala bilmir. Düşünürəm ki, kənd təsərrüfatı sahəsinə aşağı faizlə kreditlərin verilməsi təmin edilməlidir. Bu baxımdan sahibkarlara kömək fondunun verdiyi kreditlər daha sərfəlidir.
Prezident də çıxışında bildirdi ki, subsidiyaların verilməsi davam edəcək, amma bu məsələdə əyriliklər çoxdur. Kimlərsə həmin subsidiyaları mənimsəyir, lazımi yerinə çatmır”.
O.Haqverdiyevin sözlərinə görə, bütün dünya ölkələrində kənd təsərrüffatına subsidiyalar verilir:
“Bizim ölkədə verilən subsidiyalar o qədər də böyük məbləğ deyil. Düşünürəm ki, bu məsləyə yenidən baxılmalıdır. İnsanlarda kənd təsərrrüfatına maraq yaratmaq üçün daha əlverişli şərait olmalıdır”.