Tarixin ən dəhşətli faciələri (SİYAHI/FOTOLAR)
Zaman-zaman törədilən böyük partlayışlar və qəzalar insanlıq tarixində dərin yaralar buraxıb. "Qaynarinfo" tarixin ən dəhşətli faciələrini təqdim edir: 1947-ci il Teksas fəlakəti ABŞ baş verən "Teksas fəlakəti" tarixin ən böyük sənaye qəzası hesab edilir. Hadisə 1947-ci il aprelin 16-da Teksas şəhərində meydana gəlib. Şəhərin dəniz limanında Fransa hökumətinə aid "SS Grandcamp" adlı yük gəmisində çıxan yanğın nəticəsində 2300 ton ammonium nitrat partlayib. Partlama zəncirvari şəkildə limandakı digər gəmilərə də keçib və neft anbarlarına sıçrayan yanğında 581 nəfər ölüb, 8000-ə yyaxın isə yaralanıb. 1917-ci il Halifaks faciəsi 6 yanvar 1947-ci ilinin səhərini kanadalılar faciə ilə açıb. Fransanın partlayıcılarla yüklü olan gəmisi Kanadanın Halifaks şəhəri yaxınlığındakı limanda Norveç gəmisi ilə toqquşub. Böyük partlayış nəticəsində yaranan yanğın qısa müddətdə limana yaxın olan kimya müəssisələrinə, neftayırma zavodlarına və yanacaq çənlərinə keçib. Hadizə zamanı 1000-ə yaxın bina yerlə bir olur. Partlayış o qədər böyük olur ki, limandan 60 kilometr uzaqlıqda olan Hyustonda bir çox binanın şüşələri qırılır. Rəsmi ölümü sayı 567 olmasına baxmayaraq, iddialara görə 2000-dən çox insan həyatını itirib. Yüksək dərəcəli istilik səbəbindən cəsədlərin çoxunun yox olduğu qeyd edilir. Yanğının gəmi heyətindən bir nəfərin çəkdiyi siqaretdən baş verdiyi bildirilir. 1986-cı il Çernobıl faciəsi Hadisə 1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı səbəbindən baş verib. Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə "ölüm bulud"unun yerdə qalan hissəsini küləklər cənuba "sürükləyib". Nəticədə Azərbaycanda da Çernobıl faciəsi səbəbindən radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların da hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar. Hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik müşahidə edilib. Hadisədən illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır. 1945-ci il Triniti partlayışı 1945-ci ilin iyulun 16-da Nyu Meksika əyalətinin kimsənin ayaq basmadığı çölündə məşhur fizik Robert Oppenhaymer 16 kilometr uzaqlıqda təcrübə edilən partlayış zamanı göyə doğru 10 kilometr yüksələn toz buluduna və çölü aydınladan işığa dəhşət içərisində baxaraq belə deyib: "İndi artıq dünyanı parçalayan ölüm mən oldum". O, açıqlamasında "Hiss etdik ki, dünya bir daha əvvəlki kimi olmayacaq", - deyə bildirib. 1908-ci il - Tunqus olayı 30 iyun 1908-ci ildə Podkamennaya Tunquska çayı hövzəsinə nəhəng meteorit düşüb. Bu zaman parlaq işıq saçan bolid müşahidə edilib, onun partlayışı 1000 km-dən böyük məsafədə eşidilib. Partlayış nəticəsində Yer kürəsinin bir çox məntəqəsində seysmik və hava dalğaları qeydə alınıb, atmosferə külli miqdarda meteorit maddəsinin tozlanması nəticəsində Avropada bir neçə gün anormal işıqlı gecələr müşahidə olunub. SSRİ EA meteoritlər üzrə komitəsi, sonralar isə SSRİ EA Sibir bölməsinin meteoritlər və kosmik toz üzrə komissiyası Tunqus meteoritinin düşdüyü əraziyə dəfələrlə ekspedisiyalar təşkil edib. 1815-ci il Tambra vulkanı Tambora İndoneziyada, Sumbavanın şimal sahillərində yerləşən vulkanik dağdır. Hazırda qeyri-aktiv olan vulkan 1815-ci ilin aprelində meydana gələn partlayışla böyük faciəyə səbəb olub. Hadisə nəticəsində 92 min nəfər həyatını itirib. Bunlardan 11-12 mini partlayış anında, böyük bir qismi isə partlayışdan sonra meydana gələn qıtlıq və xəstəlik səbəbindən ölüb. Partlayışın gücü o qədər böyük olub ki, qlobal miqyasda anormal hava şəraitinin yaranmasına gətirib çıxarıb. Belə ki, atmosferə qarışan vulkanik kül temperaturu aşağı salıb və 1816-ci ildə Şimal yarımkürəsində yay fəsli qar yağmağa başlayıb. Bu səbəblə 1816-cı il "Yaysız il" elan edilib. Patlayış nəticəsində dağın hündürlüyü 3900 metrdən 2851 metrə qədər alçalıb. 1883-cü il Krakatau faciəsi Fəaliyyətdə olan Krakatau vulkanı İndoneziya ərazisində, Malay arxipelaqına daxil olan Yava və Sumatra adaları arasında Zond boğazında yerləşir. 1883-cü il püskürən vulkan 30 metr yüksəklikdə sunamiyə səbəb olub. Partlayış nəticəsində 35 min insanın həyatını itirdiyi qeyd olunur. Vulkonoloqların fikircə sözügedən vulkan 535-ci ildə daha böyük şəkildə püskürüb. Alimlər belə düşünür ki, Zond boğazı məhz bu püskürmə nəticəsində yaranıb. 1945-ci il Xirosima hadisəsi Dünya təxminən 70 il bundan öncə atom bombası ilə tanış oldu. İlk atom bombasının atıldığı və minlərlə adamın bir neçə saniyədə öldüyü Yaponiyanın Xirosima şəhərində faciə qurbanlarının şərəfinə açılan muzeyə yaponlar "Nifrət", "İntiqam" deyil, "Sülh" adını veriblər. Xirosimaya atom bombası hücumu İkinci Dünya Müharibəsinin son mərhələsində, 6 avqust 1945-ci ildə Amerika Birləşmiş Ştatları tərəfindən Uranyum-235 tipi atom bombası "Little Boy" (Kiçik Oğlan) ilə həyata keçirilib. Bomba, şəhərin təxminən 500 metr üstündə partlayıb. Hadisənin ilk mərhələsində 70.000 nəfər yanaraq ölüb, cəmi 140.000 insan həyatını itirib. Hadisədən sonra çaylar və su mənbələri yandırıcı istidən qaçmaq istəyən insanların cəsədləriylə dolu olub. 1954-cü il Kasl Bravo faciəsi 1954-cü il martın 31-də Kasl Bravo adlı hidrogen bombası 15 meqatonluk bir qüvvə ilə partlayıb. Hadisə zamanı 20 kilometr yüksəklikdə göbələyəbənzər bulud yaranıb. Gözlənilməyən bir şərq küləyi öldürücü radioaktiv dalğaları 7000 mil məsafəyə qədər yayıb. 100 mil kənarda yerləşən canavar adlı yapon balıqçı gəmisindəki insanlar və Ronqelap adasının bütün sakinləri radioaktiv təsirə məruz qalıblar.