Qətər krizi və təbii QAZ DAVASI

"Bəzi ərəb ölkələrilə Qətər arasında yaşanan diplomatik böhranın əhəmiyyətli səbəblərindən biri mayeləşdirilmiş təbii qaz (LNG) bazarındakı rəqabətdən qaynaqlanır".

Kadir Has Universiteti Enerji və Davamlı İnkişaf Tətbiq və Araşdırma Mərkəzi müdiri prof. dr. Volkan  Edigerin Modern.az-a dediyinə görə, dünyada bu anda boru xəttləriylə daşınan təbii qaz ilə LNG üzərindən irəliləyən bir döyüş var. 
"Son illərdə ABŞ-ın qaya qazı istehsalını artırmasının qlobal enerji bazarı və neft qiymətləri üzərində əhəmiyyətli təsirləri var. Yeni dövrdə ABŞ və Avstraliyanın bazar payını artırmaq istəməsi ilə Rusiyanın doğal qazdakı payını qoruma istəyi Qətər böhranını tətikləyən əhəmiyyətli səbəbdir".  
Mütəxəsis bildirir ki, mövcud vəziyyətdə dünya daxilində təbii qazın üçdə biri LNG-yə çevrilərək ixrac edilir: 
 "Daşıma metodlarından LNG dəniz gücünü ifadə edərkən, boru kəmərləri quru gücünü ifadə edir. Boru xətləriylə LNG arasında bir mübarizəyə girildi və LNG-nin təbii qaz ticarətindəki payı getdikcə artır . Qaz boru xətləri sayəsində Rusiyada ancaq LNG-nin təbii qaz ticarətindəki nisbətini artırması, uzun müddətdə Rusiyanın tək əlinin qırılması anlamına gəlir. Dünyada bu anda boru xəttləriylə daşınan təbii qaz ilə LNG üzərindən irəliləyən bir döyüş var".
Volkan Ediger dünyanın ən böyük LNG ixracatçısı Qətərin mövcud vəziyyətinin 1996-cı ildə  İrana tətbiq olunan embarqoya bənzərliyni, İranın 20 il ərzində neft və təbii qaz ehtiyatlarından istifadə edə bilmədiyini xatırladıb. Mütəxəssis İranda yaşanan böhranın arxa planında Rusiya və Xəzər dənizi neftinin bazara çıxarılma istənməsinin olduğunu da söyəyib.

"Bu səbəblə qlobal bazarda İran neftinin payı azaldıldı. ABŞ-da qaya qazı istehsalının artması və ixracatın sərbəst buraxılmasıyla, bu ölkə  Avropa və Şərqi Asiyada yeni bazarlar axtarışına çıxdı". 
LNG ixracatında dünyada ikinci sırada iştirak edən Avstraliyanın 2000-ci illərin başından bu yana ixracat tutumunu 4 qat artırdığını deyən V.Ediger dünyada ən əhəmiyyətli LNG bazarının Uzaq Şərqdə oldugunu bildirir. 
“Bu gün dünyadakı ən böyük LNG bazarı Yaponiyadadır. Onu Cənubi Koreya, Çin, Hindistan və Tayvan izləyir. Bu səbəblə bu bölgəyə daha yaxın olan Avstraliyanın da dövrəyə girməsi, nəqliyyat xərclərini azaldaraq bu ölkələrə daha ucuz LNG təmin edilməsinə səbəb olacaq. Dubay mərkəzli enerji konsaltinq şirkəti Qamar Enerjinin üst idarəçisi Robin Mills də deyib ki, yaşanan böhrandan sonra Qətərin boru xəttləriylə etdiyi təbii qaz mübadiləsi adi şəkildə davam edəcək. Buna görə də, ölkələr arasındakı böhranın ola biləcək təsirlərinin daha çox LNG sahəsində yaşanacaq. Qətərin boru xətti aracılığıyla Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) göndərdiyi qazı kəsməsi çox mümkün görünmür. Belə aqressiv bir addımın atılması Qətərin sayğınlığına zərər verir, ancaq BƏƏ və Misirə göndərilən LNG tədarükü ehtimalla dayanacaq. Bu iki ölkə özlərinə başqa təchizatçı tapmaq məcburiyyətindədirlər".
Qeyd edək ki, Qətərin qlobal LNG bazarında yüzdə 30 payı var. Bu payla Qətər dünyada LNG ixrac edən ölkələr arasında lider mövqedə iştirak edir. Diplomatik böhranın tərəflərindən Misir illik LNG ehtiyacının yüzdə 60-a yaxınını Qətərdən qarşılayır. BƏƏ isə Qətərdən illik 1 milyon ton LNG ixrac edir. Bu da BƏƏ-nin ümumi qaz ehtiyacının təxminən 25 faizi deməkdir. Uluslararası Təbii Qaz Birliyi və Beynəlxalq LNG İthalatçıları Birliyinin məlumatlarına görə, ABŞ-da inşaatı davam edən 6 LNG terminalı var, bu ədədin 30-a çıxarılması planlaşdırılır. ABŞ-ın bütün layihələri həyata keçirildiyini illik LNG ixrac həcminin 300 milyon tonu keçməsi gözlənilir. Bu vəziyyətdə ABŞ dünyadakı ən böyük LNG istehsalçısı Qətəri keçərək birinci olacaq. Rusiyada da bir LNG terminalının tikintisi davam edir. Moskva rəhbərliyi daha 3 terminal inşa etməyi hədəfləyir. Avstraliyada isə 5 terminalın inşası davam edərkən, daha 8 terminal layihəsinin həyata keçiriləcəyi nəzərdə tutulur.






Fikirlər