ABBAS Abbasovla RÜSTƏM İbrahimbəyov TOQQUŞDU
Hazırda Rusiyada fəaliyyət göstərən baş nazirin keçmiş müavini Abbas Abbasovla müxalifətin lideri kimi ötən seçkilər də gündəmə gələn Rüstəm İbrahimbəyov arasında gərginlik yaşanıb. 10may.az saytına daxil olan məlumata görə Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin ləğvindən sonra Abbas Abbasov yenidən aktivləşib. O, bu təşkilatın ləğvindən sonra yeni təşkilat yaratmaq ideyası ilə çxıış edib və Moskvada fəaliyyət göstərən iş adamları ilə danışıqlara başlayıb. Abbas Abbasov təşkilatın həm də siyasi çəkiyə sahib olması üçün Rüstəm İbrahimbəyovla dəfələrlə görüşməyə cəhd edib. Amma Rüstəm İbrahimbəyov müxtəlif bəhanələrlə danışıqlardan imtina edib. Nəhayət bu günlər də tərəflər telefonla əlaqə yarada biliblər. Amma Rüstəm İbrahimbəyov açıq şəkildə bildirib ki, onu siyasi intriqalara qatmasınlar. Bu cavabdan sonra Abbas Abbasov Rüstəm İbrahimbəyovu qorxaqlıqda günahlandıraraq söhbətə son qoyub. AzerTaym.az