CAVİD QURBANOV: “Azərbaycan Avropa çempionatını yüksək SƏVİYYƏDƏ KEÇİRƏCƏK”

 

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov qurumun və 2017-ci il Avropa çempionatının Təşkilat Komitəsinin nümayəndələri ilə görüşüb.

 AzerTaym.az-ın məlumatına görə, C.Qurbanov Voleybol Mərkəzində baş tutan təbdirdə bildirib ki, Azərbaycan voleybol üzrə qadınlar arasında Avropa çempionatını yüksək səviyyədə keçirəcək:Artıq neçə illərdir ki, Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. AVF-ni qarşıda böyük imtahan gözləyir deyə bilərik. Düz 80-dan çox ölkəyə yayımlanacaq voleybol üzrə qadınlar arasında keçiriləcək Avropa çempionatı Bakıda və Göygöldə baş tutacaq. Avropa çempionatının Gürcüstanla birgə keçirilməsinə baxmayaraq, böyük məsuliyyət Azərbaycanın üzərinə düşür. Çünki 3 qrupun, yarımfinal və final oyunları ölkəmizdə təşkil olunacaq. Hər birimiz əlimizdən gələni etməliyik ki, yarışda iştirak edəcək idmançılar, qonaqlar, jurnalistlər təşkilatçılığımızdan razı qalsınlar". 
AVF prezidenti Azərbaycan yığmasının yarışda yüksək nəticə əldə edəcəyinə inandığını söyləyib:Sizin hər hansı bir sualınız olarsa, hər zaman kömək etməyə hazırıq. Mən və AVF vitse prezidentləri, AVF işçıləri sizləri maraqlandıra bütün məsələlərə cavab verə bilərik. Bildiyiniz kimi AVF-in vitse-prezidenti Faiq Qarayevdir. Amma o, həm də qadınlardan ibarət milli komandamızın baş məşqçisidir. Avropa çempionatının başlanmasına az vaxt qalıb və düşünürəm ki, Faiq Qarayevi hər hansı təşkilati suallarla narahat etməyək. Çünki ən böyük məsuliyyət onun üzərindədir. Fikrimcə, komandamız Avropa çempionatında yüksək nəticə əldə edəcək. Qızlarımız buna layiqdirlər”.
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev də yarışda uğurlu çıxış edəcəkərinə inandığını söyləyib:AVF bir çox beynəlxalq yarışlara ev sahibliyi edib. Avropa çempionatı isə daha böyük məsuliyyət deməkdir. İnanıram ki, Cavid Qurbanovun dediyi kimi, bu imtahandan da yüksək nəticə əldə edəcəyik. Qeyd edim ki, iyul ayında Avropa Voleybol Konfederasiyasının (CEV) nümayəndələri ölkəmizdə 10 gün səfərdə oldular. Bu səfərin məqsədi Bakıda və Göygöldə test oyunlarının keçirilməsi idi. Bu haqqda AVF-in nəznində olan Voleybol Regoinal inkişaf mərkəzinin rəhbəri və Avropa çempionatının təşkilatı üzrə məsul şəxs Nərgiz İsmayılova bizə məruzə edəcək”.
Voleybol Regoinal inkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova isə məruzəsində bunları deyib:22-25 iyul tarixlərində Bakıda və Göygöl şəhərlərində test yoxlama oyunları keçirildi. 22 iyulda Bakıda “Milli Gimnastika Arenası”nda və 25 iyulda Göygöldə “Olimpiya İdman Kompleksi”ndə test yoxlama matçları baş tutdu. Bu oyunlarda məqsəd arenalarda işıqlandırma sistemi, “Challenge” sistem, led sistem və digər texniki məsələlər yoxlanıldı. Nəzərinizə çatdırım ki, CEV-dən gələn nümayəndələr arenalardan razı qaldılar. 28 iyul tarixində isə Bakıda Heydər Əliyev Mərkəzində Voleybol festivalı keçirildi. Qeyd edim ki, festival Avropa çempionatının təbliğı məqsədi ilə reallaşdı. Tədbirdə milli komandamızın qızları iştirak etdilər. Belə bir festival keçirildiyi üçün AVF CEV-dən dən təşəkkür məktubu aldı. İnternet üzərində və Bakıda kassalarda bilet satışına da start vermişik. Bu gün üçün hər hansı bir həll olunmayan sualımız yoxdur”. 
İclasın sonunda təşkilat komitəsinin nümayəndələri çıxış ediblər. Onlarda öz növbələrində Avropa çempionatının keçirilməsi üçün təşkilati məsələlərdə hər bir köməkliyi edəcəklərini vurğulayıblar.
Qeyd edək ki, qadınlar arasında Avropa Çempionatının final oyunlar 22 sentyabr – 1 oktyabrda Azərbaycan və Gürcüstanda keçiriləcək.






Fikirlər