DEPUTATla jurnalist arasında QALMAQAL…

Bu millət vəkili Adil Əliyevdir. Amma millətə Bayılda zülm verir, camaatın əşyaları ilə birgə evlərini uçurdur! Və ədalətli kompensasiya vermir”. 

Modern.az xəbər verir ki, bu fikirləri jurnalist Eynulla Fətullayev öz "Feysbuk" səhifəsində yazıb. 

 E.Fətullayev daha sonrs qeyd edib ki, deputat bununla həm qanunu pozub bizneslə məşğul olur, həm də xalqına zülm edir.

 Millət vəkili Adil Əliyevin jurnalistə cavabı isə özünü çox gözlətməyib. Adil Əliyev öz "Feysbuk" səhifəsində jurnalisti sifariş yerinə yetirməkdə ittiham edib: 

Virtualaz.org saytında “Bakıda deputatın şirkətinin məhəlləyə gecə basqını: “Bir də gördük evin damını uçururlar…” başlıqlı məqalədə adımın hallanmasına təəssüf edirəm. Məqalədə adamın əsassız çəkilməsi və guya şirkətin mənə məxsus olması iddiası cəfəngiyyatdır. Burada obyektivlik pozulub. Məqalə yazılarkən mənim mövqeyim dərc olunmayıbsa, mən də yazının sifariş olduğu şübhəsi qalmır. Mətbuatda çalışan dostlarım yaxşı bilirlər ki,mediaya açıq insanam. Əgər sayt mənim əleyhimə məqsədyönlü fikir formalaşdırmağı qarşısına məqsəd qoyubsa, indidən deyim ki, düz ünvan seçməyiblər. Biz belə insanlara sağlam şəkildə millətimizə və dövlətimizə xidmət etməklə cavab verəcəyik”.

"AzerTaym.az"






Fikirlər