Eynulla Fətullayev Zakir Qaralova müraciət etdi: “Deputat məni öldürməyə çağırır...”

Eynulla Fətullayev Zakir Qaralova müraciət etdi: “Deputat məni öldürməyə çağırır...” Jurnalist Eynulla Fətullayev deputat Rasim Musabəyovun çağırışı ilə bağlı ölkənin baş prokuroru Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova və daxil işlər naziri Ramil Usubova müraciət edib.

Virtualaz.org saytı xəbər verir ki, E.Fətullayev öz müraciətində bildirir ki, R.Musabəyovun Elmar Hüseynovun qətli işi müqayisə aparması bir çox suallar və narahatlıq doğurur:
“Belə çıxır ki, jurnalistin qatillərinin adı Musabəyova məlumdur. İndi o, parlament seçkiləri ərəfəsində digər jurnalistə divan tutmaq çağırışı ilə çıxış edir”.

E.Fətullayev istintaq orqanlarını deputat Rasim Musabəyovu Elmar Hüseynovun qətli işi ilə bağlı təcili şəkildə sorğu-sual etməyə, habelə parlament seçkiləri ərəfəsində öz təhlükəsizliyini təmin etməyə çağırıb: “Görünür, Musabəyovun bağlı olduğu və maraqlarını müdafiə etdiyi bəzi xarici qüvvələr Azərbaycanda parlament seçkiləri ərəfəsində yeni iğtişaş və qarışıqlıq planlaşdırır. Bu da ciddi narahatlıq doğurur. Hüquq-mühafizə orqanları ən azı jurnalistin qətlinə çağıran deputatın əsas götürdüyü motivləri aydınlaşdırmalıdır”.






Fikirlər