02.03.214. - Elmar Hüseynovun qətlindən 9 il ötür
Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 9 il keçir.
İstintaq orqanları jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal edirlər.
2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib.
Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.
Xatırladaq ki, Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib.
Jurnalistə tapançadan 7 dəfə atəş açılıb.