Əfqanıstanda daha bir qadın məmur qətlə yetirilib

Əfqanıstanın qərbindəki Gerat şəhərində silahlı şəxslər yerli administrasiyada çalışan qadın məmuru qətlə yetiriblər.
 Əfqanıstanda daha bir qadın məmur qətlə yetirilib
Azertaym.az-ın “BBC”-yə istinadən verdiyi xəbərə görə, silahlı şəxslər inzibati binanın çıxışında 25 yaşlı Yalda Vəzirinin baş nahiyəsinə iki atəş açaraq qətlə yetiriblər.

Məlumata görə, silahlı şəxslər hücumdan sonra hadisə yerini dərhal motosikletlə tərk ediblər.

Xatırladaq ki, sentyabrda Gilmənd əyalətində 2 qadın asayiş keşikçisi, dekabrda isə Uruzqan əyalətində qətlə yetirilmiş qadın polis əməkdaşı və müəllimə qətlə yetirilib.






Fikirlər