2018-ci ildə dünyanın məhvi ilə bağlı qorxunc iddialar: Gizli planet, zəlzələ, sunami və... - FOTOLAR

Hər yeni ildə dünyanın sonu ilə bağlı alimlərin müxtəlif nəzəriyyələri olur.

Bu il də hər il olduğu kimi, dünyanın sonunu gətirəcək yeni nəzəriyyələr ortaya çıxıb. Elm adamlarının fikirlərinə görə, 2018-ci ildə dünyanın sonunu gətirəcək 5 hadisə baş verə bilər.

Musavat.com alimlərin dünyanın sonu ilə bağlı baş verə biləcəyini iddia etdikləri hadisələri təqdim edir.

Super yanar dağ partlaması...

Super vulkanik partlayışlar hər an baş verə biləcək təbii bir hadisəsidir. Bəzi elm adamları vulkanların insan həyatı üçün ən böyük təhlükə olduğunu düşünürlər. Amerika Birləşmiş Ştatlarının “Yellowstone” Milli Parkı dünyanın ən böyük super vulkanlarından biri kimi tanınır. Alimlər “Yellowstone Superheavy” vulkanının püskürəcəyi halda bunun bütün dünyaya təsir edə biləcəyini düşünürlər.

“Yellowstone” ilə yanaşı, İtaliyada “Vesuvius” və Meksikada “Popocatepetl” adlı vulkanlar da dünyanın ən təhlükəli iki püskürmə ocağı kimi tanınır. Alimlər ötən ilki proqnozlarında önümüzdəki 80 il ərzində bu üç təhlükəli vulkandan birinin püskürəcəyini deyirdilər.

Картинки по запросу Süper Yanardağ

Zəlzələ və sunami...

İkinci bir iddia isə Amerika qitəsinin qərb sahillərində meydana gələ biləcək zəlzələ ilə bağlıdır. Alimlərin iddialarına görə, baş verəcək zəlzələlər sunami dalğası da yarada bilər. ABŞ Geoloji Araşdırmalar İnstitutu Cascadia Dalma Zonasını davamlı nəzərdən keçirir. Burada ən son 2016-cı ildə orta səviyyəli zəlzələlər meydana gəlmişdi. Alimlərin qorxduğu məqam isə bu zonada 8 baldan yuxarı zəlzələ baş verəcəyi halda böyük fəlakətlərin olma ehtimalıdır.

Картинки по запросу Zəlzələ və sunami...

Quyruqlu ulduz və asteroid…

Dünya alimləri hər zaman quyruqlu bir ulduzun və asteroidin Yer kürəsi üzərindəki yaşamı məhv etməyə qadir olduğunu söyləyirlər. NASA və digər qurumlar göy üzündə gələcəyə təhdid ola biləcək 500 kosmik cisim aşkar ediblər.

Alimlərin bu cür iddialarına qarşı olaraq, NASA tamam əks fikirdədir. NASA-nın açıqlamasına görə, önümüzdəki 100 il ərzində Yer kürəsinə heç bir asteroid düşə bilməz. Bundan əlavə NASA belə bir təhlükənin olduğu halda, Yerə yaxınlaşacaq asteroidlərin məhv edilməsi üzrə testlər edir. Elm adamları 65 milyon il əvvəl iri bir kosmik cismin Yerə düşməsi nəticəsində dinozavrların məhv olduğunu deyirlər. Alimlər hazırda əsas təhdid olaraq düşündükləri 50 metrlik cismin London, Paris, Nyu-York, İstanbul kimi şəhərləri məhv edə biləcəyini iddia edirlər.

Qeyd edək ki, 2013-cü ildə Rusiyanın Çelyabinsk şəhərinə 20 metrlik bir meteroid düşmüşdü. Bu hadisə nəticəsində 1200 nəfər yaralanmışdı.

Картинки по запросу asteroid

İtmiş planet…

"X Nibiru" adı verilən planet 2017-ci ilin ən populyar “qiyamət kəhanətləri”ndən biri idi. NASA dəfələrlə belə bir planetin olmadığını açıqlasa da, hər zaman "X Nibiru"nun dünya ilə toqquşacağı ilə bağlı iddialar irəli sürülür.

Böyük ehtimalla bu iddialar 2018-ci il üçün də keçərli olacaq. Bəzi alimlərin iddialarına görə, "X Nibiru" bu ilin may ayında dünya ilə toqquşacaq. Lakin riyazi-texniki araşdırmalara görə, 2060-cı ildə "X Nibiru" sadəcə, dünyanın yaxınlığından keçəcək.

 

Картинки по запросу x nibiru






Fikirlər