Yer kürəsi bu tarixdə məhv ola bilər - Ən güclü toqquşma OLACAQ

Image result for Yer kürəsi bu tarixdə məhv ola bilər -

Günəşin yaxınlığından 1,35 milyon il sonra keçəcək ulduz Yer kürəsinə və başqa planetlərə kometa yağışı yönəldəcək.

Belə nəticəyə “Gliese 710” ulduzunun trayektoriyası haqqında dəqiqləşdirilmiş məlumatlardan istifadə edən Polşa alimləri gəliblər.
Alimlərin hesablamalarını göstərir ki, ölçüsünə görə Günəşin yarısı boyda olan ulduz saatda 51 min kilometr sürətlə Günəş sisteminə keçir. Ulduzun Günəşə yaxınlaşmasının isə təxminən 1,35 milyon il sonra baş verəcəyi gözlənilir.
Ulduzun Günəşə yaxınlaşmasından sonra isə planetlərə kometa yağışı 3-4 milyon il davam edəcək. Orta hesabla hər il təxminən 10 kometanın Yer və başqa planetlərə düşəcəyi gözlənilir.
Adam Mitskeviç adına Polşa Universitetindən olan alimlər “Astronomy & Astrophysics” jurnalında yazırlar ki, “Gliese 710” ulduzu hazırda Günəş sistemindən 64 işıq ilindədir. Bir işıq ili 9 461 000 000 000 kilometr təşkil edir.
Polşa astronomları sözügedən məlumatların alınmasında Avropa Kosmik Agentliyinə (ing. European Space Agency, ESA) aid olan “Gaia” kosmik teleskopunun köməyindən istifadə etdilər. Teleskop qalaktikadakı ulduzların bölgüsünün ətraflı xəritəsini çəkmək üçün 2013-cü ildə orbitə çıxarılıb. Onun köməyi ilə milyarda yaxın ulduz və təxminən 10 min ekzoplanetin koordinatları və hərəkət istiqamətlərinin müəyyən ediləcəyi, nəticədə üçölçülü xəritənin hazırlanacağı nəzərdə tutulur. Ekspertlərin qiymətləndirmələrinə görə, yeni məlumatlar əvvəlki məlumatlarla müqayisədə 10 dəfə daha dəqiq olacaq.
Astronomlar daha əvvəl də hesab edirdilər ki, “Gliese 710” ulduzu Günəş sisteminə yaxınlaşması ən yüksək ehtimal edilən ulduzlardandır. Lakin “Gaia”nın orbitə çıxarılmasından əvvəl əldə edilən məlumatlar onun dəqiq hansı məsafədən və nə vaxt keçəcəyini müəyyən edə bilmirdi.
“Gliese 710” Yer kürəsi ilə rastlaşmayacaq, amma Oorta buludundan keçəcək. Onun xarici sərhədləri Günəşdən bir işıq ili məsafədədir.
Bəzi alimlər hesab edirlər ki, Oorta buludu vasitəsilə ulduzun keçməsi nəticəsində Yer kürəsinə asteroidin düşməsi 65 milyon il əvvəl dinozavrların həlak olmasının səbəbi olub. Lakin “Gliese 710” Yer planetində daha ciddi dağıntıların səbəbi ola bilər. “Gliese 710” Yer kürəsinə yaxınlaşanda, o səmada ən parlaq və tez hərəkət edən obyekt olacaq. Tədqiqatın müəllifləri qeyd edirlər ki, bu Günəş sisteminin bütün tarixi üçün ən güclü dağıdıcı toqquşma olacaq.
“Gaia” teleskopundan əldə edilən məlumata görə, “Gliese 710” uçuşu növbəti bir neçə milyard ildə Günəş sisteminin yaxınlığından keçən ulduzların ən yaxın uçuşu olacaq.
Rusiyanın qazeta.ru saytının yazdığına görə, “Gliese 710” ulduzunun yaxınlaşması haqqında nəticəyə 2010-cu ildə Rusiya astronomu Vadim Bobılev gəlib. O, Avropa Kosmik Agentliyinin HIPPARCOS teleskopunun məlumatlarından istifadə etməklə ən yaxın iki milyon il ərzində Günəşə yaxınlaşacaq 9 ulduzu müəyyənləşdirib.
Bundan başqa, Amerika Milli Kosmik Agentliyinin (NASA) astronomu Pol Veyssman bildirir ki, “Gliese” Neptun planetinin orbitini dəyişdirə bilər.
AzerTaym.az

 






Fikirlər