Yer kürəsi 15 gün zülmətə qərq olacaq - NASA-dan sensasion xəbərdarlıq

 

65NASA astronomları sensasiyalı bəyanatla çıxış ediblər: Yür kürəsi bu il noyabrın 15-dən 29-a kimi qaranlığa bürünəcək. AzNews.az xarici mediaya istinadən xəbər verir ki, NASA rəhbəri Çarlz Bolden ABŞ prezidenti Barak Obamanın adminstrasiyasına bu hadisənin səbəbləri və nəticələri göstərilən min səhifəlik sənəd təqdim edib. Məsələ ondadır ki, Noyabrın 15-dən 29-a kimi nadir astronomik hadisə – Venera və Yupiterin paralelizmi baş verəcək. Nəticədə onlar arasındakı məsafə 1 dərəcəyədək azalacaq. Venera günəş işığını Yupiterə nisbətən 10 dəfə daha güclü əks etdirəcək. Venera kosmosa görünməmiş miqdarda hidrogen buraxmaqla işığı ilə Yupiterin qazlarını isidəcək. Onun kosmosa buraxdığı hidrogen buludları günəşə çatdıqda günəşin səthində güclü partlayış baş verəcək. Nəticədə günəşdə temperatur kelvin şkalası ilə 9000 dərəcəni ötəcək. Bundan sonra bizim ulduzumuz rəngini qırmızı-sarıdan maviyə dəyişəcək. Əvvəlki temperaturunu qaytarmaq üçün günəşə 2 həftə vaxt lazım olacaq. Bu vaxt da 2015-ci il noyabrın 15-dən 29-a kimi olan dövrü əhatə edəcək.

Şübhəsiz ki, bu kosmik hadisəni bütün insanlar hiss edəcəklər. Günəş daha zəif işıq saçsa da, daha çox istilik püskürəcək. Bu isə planetimizdə temperaturun yüksəlməsinə səbəb olacaq. NASA temperatur dəyişməsinin 13 dərəcə selsidən yuxarı olamayacağını ehtimal edir. Lakin hələ ki dəqiq məlumat vermir. Zahiri görünüşünə görə, günəş işığının solması ikihəftəlik polyar gecəni xatırladacaq. Lakin qəfil temperaturun yüksəlməsi ilə müşahidə olunacaq. Hətta NASA öz hesablarında yanılırsa da, temperaturun belə qəfil yüksəlməsi dəhşətli təbii kataklizmlərə səbəb ola bilər. Soyuq regionlarda buzların əriməsi dünya okeanında suyun səviyyəsinin yüksəlməsilə nəticələnə bilər. Bu isə sahilyanı şəhərlərin əksəriyyətinin suyun altında qalmasına səbəb olar. Bundan əlavə ekvatorial zonada qorxulu istilər buradakı insanların diri-diri yanması riskini yaradar.

NASA mütəxəssisləri günəş şüalarının zəifləməsinin 100 faizlik nəticələrini proqnoz edə bilmirlər. Həmçinin onlar günəşin əvvəlki parlaqlıq səviyyəsini bərpa edəcəyinə zəmanət verə bilmirlər. Lakin mütəxəssislər Yer kürəsinin dəfələrlə belə hadisələr yaşadığını xatırladaraq təşvişə düşməməyi məsləhət bilirlər. Düzdür, onlar bu kimi hadisələrin on min illərlə davam edən buz dövrü ilə müşaiət olunduğunu əlavə etməyi unudurlar. Bundan əlavə ictimaiyyətin gözlənilən hadisə ilə bağlı xəbərdar olunmaması NASA-nın hər zaman olduğu kimi nəyisə gizlətdiyi və ya tam demədiyi fikrinə gətirib çıxarır. Bəlkə də, NASA sadəcə yalan deyir. İstənilən halda, planetin 15 gün qaranlığa qərq olacağına hazır olmaq lazımdır.

 






Fikirlər