İSA Qəmbərin XƏSTƏXANAdan FOTOsu yayıldı

Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq spikeri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.

İsa Qəmbərin yaxınlarından biri musavat.com -a deyib ki, sabiq spikerin ürək damarlarına stend qoyulub, əməliyyat uğurlu keçib, o, hazırda özünü çox yaxşı hiss edir.

Bu gün Müsavat başqanı Arif Hacılı İsa Qəmbərlə xəstəxanadan birgə fotolarını yayıb. Foto Hacılının Facebook səhifəsində yerləşdirilib.

Arif Hacılının fotoya qeydi də var. Musavat.com həmin qeydləri də təqdim edir: "İsa bəylə görüşdük. Özünü yaxşı hiss edir. Hamıya salamları var. Müayinələrdən keçib. Ürəkgücləndirici tibbi prosedurlar həyata keçirilir. Yaxın günlərdə xəstəxanadan çıxacaq."

İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur. (Musavat.com)

 26731506_1888729024489012_3745236118940615170_n.jpg (52 KB)






Fikirlər