İran prezidenti İSLAM dünyası üçün əsas PRİORİTETİ açıqlayıb
İŞİD terror qruplaşmasının məğlub olması o deməkdir ki, Fələstin məsələsinin həlli yenidən İslam dünyası üçün əsas prioritetə çevrilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib. İran prezidenti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 13-cü sessiyasında çıxış edib. “İŞİD ekstremist qruplaşmasının məğlub olmasının əsas müsbət tərəflərindən bir də odur ki, Fələstin məsələsi nəhayət öz yerinə qayıdaraq İslam dünyasının siyasi gündəminin əsas prioritetinə çevrilib”, - deyə Ruhani qeyd edib.