Tramp prokuror QARŞISINA ÇIXMAGA razılaşdı
“Düzü, mən bunu səbirsizliklə gözləyirəm”, - deyə Donald Tramp jurnalistin "Robert Müllerlə ilə danışmaq istəyirsinizmi" sualına cavab verərək bildirib. “Heç bir sövdələşmə olmayıb, heç bir maneə yoxdur”, - deyə, Tramp qeyd edib. Amma Trampla bağlı səs-küylü olaylar bununla yekunlaşmır. ABŞ prezidenti Koreya şirkəti olan “Samunq”u 50 min mesajın itməsində günahlandırıb. Tramp bu haqda öz twitter səhifəsində status yazıb. Statusda bildirilir: “FBİ əməkdaşları olan Liza Peycin və Piter Strjokun 50 mindən artıq vacib yazışmaları hardadı? Samsunq günahkardı!” Bundan əvvəl Amerika mediası FBİ-nin və ABŞ-ın ədliyyə nazirliyinin Trampa qarşı “gizli mesajların” silindiyini bildiriblər. Narazılığa və haqlı suallara səbəb olan yazışmalar isə “Rusiya işi” üzrə istintaq işində vəzifədən kənarlaşdırılan xüsusi prokuror Robert Müllerin FBİ-də yüksək vəzifə tutan Piter Strzokun və FBİ-nin hüquqşünası Liza Peycin arasında baş tutan yazışmalardır. Dünya İqtisadi Forumunda iştirakı gözlənilən ABŞ prezidenti üçün Davosda təhlükəsizlik ikiqat artırılıb. Çünki Trampın İsveçrəyə gələcəyi xəbəri yayılan kimi “İsveçrəyə xoş gəlmədiniz!” aksiyaları da başlayıb. Bir tərəfdən imza kampaniyaları toplandığı halda, digər tərəfdən də etriaz aksiyaları keçirilir. Bundan başqa, Tramp üçün təhlükəsizlik tədbirləri həm Air Force One təyyarəsi və uçuş heyəti üçün Zürix aeroportunda, həm də Davosda ikiqat artırılıb. Bu arada Türkiyə prezidenti Ərdoğanla Tramp “Zeytun budağı” hərəkatı çərçivəsində telefon danışığı gerçəkləşdirib. Ağ Ev Ərdoğanla Trampın danışığından sonra “Afrin əməliyyatında artan təzyiqlərdən qayğı duyuruq” açıqlamasını verib. Türkiyə prezidentinin qaynaqları isə ABŞ tərəfinin yazılı açıqlamasında danışığın mahiyyətinin tam öz əksini tapmadığını bildirib. Telefon danışığı ilə bağlı prezidentin qaynaqları aşağıdakı məlumatları verib: “Tramp Afrin əməliyyatı ilə bağlı ”artan şiddətə görə qayğı" deyə bir şeydən danışmayıb. Əməliyyatla bağlı görüş mübadiləsindən əlavə heç nə müzakirə olunmadı.