FBI Rusiya səfirini dinləyir – Trampla bağlı qalmaqal BÖYÜYÜR

Amerikanın Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşları Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn arasında olan telefon danışığını dinləyiblər. Lakin onlar bunu qeyri-qanuni hesab etmirlər.

Modern.az saytının xəbərinə görə, bu haqda NBC telekanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ xüsusi xidmət orqanları Kislyakın telefon danışıqlarını daim dinləyir. Telekanal qeyd edib ki, FBI Maykl Flinnlə Rusiya rəsmi nümayəndələri arasında olan əlaqələri aydınlaşdırmaq üçün araşdırma aparıb.

Qeyd edək ki, ötən ilin sonlarında Barak Obama rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq edəndə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyaka zəng edib. Bu haqda Qərb mətbuatı yazmışdı. 

Trampın mətbuat katibi Sin Spayser isə Flinn və Kislyak arasında telefon söhbətinin olduğunu təsdiq edib. Amma bildirib ki, bu, Obamanın sanksiyaları elan etməsindən bir gün əvvəl baş verib. Spayser deyib ki, dekabrın 28-də Flinn və Kislyak inauqurasiyadan sonra Tramp və Putin arasında telefon söhbətinin təşkilini müzakirə ediblər.

AzerTaym.az  






Fikirlər