Trampın Obama ilə görüşü: Bədən dili ekspertindən maraqlı İZAH
ABŞ-ın yeni prezidenti Donald Trampın sələfi Barak Obama ilə görüşündə liderlərin hərəkətləri diqqət çəkib. Modern.az-ın xarici KİV-ə istinadən xəbərinə görə bədən dili eksperti Patti Vud deyib ki, Obamanın ayaqlarını rahat şəkildə bir-birindən geniş tutması maraqlı məqamdır. Ekspert bildirib ki, prezident Obama bununla şüuraltı olaraq Trampla müqayisədə“mən hələ də üstünəm” mesajını verib. Donald Trampın isə əlini bir-birinə sıxaraq oturması onun hələ də çəkingənliyini, qorxusunu göstərir. “Obama son dərəcə yorğundur, sanki istefa verib və ümidli deyil, lakin hələ də prezidentdir. Tramp isə ciddi görsənir . Onda, sanki özü haqqında qorxulu bir məlumat eşidmiş kimi əlamətlər görünürdü”-deyə o bildirib.