“Lotu Quli”yə AĞIR ZƏRBƏ – “Kral” titulu uğrunda müharibə BAŞA ÇATDI
“Qanuni oğrular” Ded Xasanın varisi sayılan və hazırda həbsdə yatan Zaxariya Kalaşovun (“Şakro Molodoy”) yerinə “Bir nömrəli oğru” statusu ilə bağlı müzakirələri başa çatdırıb. Publika.az “Rosbalt” agentliyinə istinadən xəbər verir ki, Kalaşov barəsində məhkəmə hökmünün elan edilməsindən sonra onun yerini nüfuzlu slavyan “qanunu oğru” "Şişkan” ləqəbli Oleq Şişkanov tutacaq.
Zaxariya Kalaşov Məlumata görə, bu günlərdə Zaxariya Kalaşov barəsində hökm elan ediləcək. Dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib və “Bir nömrəli oğru”nun bundan daha az cəza alması ehtimalı kiçikdir. Bunu nəzərə alan Rusiya mafiyası varisi qabaqcadan müəyyən edib. Qərar Zaxari Kalaşovun da (Şakro Molodoy) "skype”la qatıldığı "sxodka”dan sonra həll edilib. Qərar alınıb ki, “Şişkan” kriminal dünyanın yeni kralı olacaq, Vasiliy Xristoforov (“Vasya Voskres”) və Merab Qoqiya (“Meliya”) isə keçmiş SSRİ ərazisində "obşak”a nəzarət edəcəklər. “Vasya” faktiki olaraq son aylarda Kalaşovun müvəqqəti varisi idi.
Oleq Şişkanov “Rosbalt” qeyd edir ki, yeni “bütün bosların bosu” postuna namizədliklərin müzakirəsi bir neçə ay ərzində keçirilib. Ənənələrə əsasən, “qanuni oğrular” nüfuzun dərəcəsindən asılı olmayaraq, özlərini “bir nömrəli oğru” elan edə bilməzlər. Bu titula iddia etmək üçün başqa “qanuni oğrular”ın rəsmi təklifi lazımdır. Məlumdur ki, bir çox hallarda hətta kriminal dünyada ən nüfuzlu “qanuni oğrular” rus mafiyasına başçılıq etmək arzusu ilə alışıb yanmırlar. Buna görə də iddiaçının qarşısına qoyulan tələblər arasında kriminal dünyada təsirdən başqa, onun namizədliyinə Rusiyada yaşayan nüfuzlu avtoritetlərin loyallığı və şəxsi arzusu əhəmiyyətli yer tutur. Agentlik qeyd edir ki, “qanuni oğrular” uzunmüddətli uyğunlaşdırmalardan sonra Oleq Şişkanovun namizədliyində birləşib. Məlumata görə, Oleq Şişkanova 1992-ci ildə “tac” qoyulub.
Nadir Səlifov Qeyd edək ki, “Şişkan”ın kriminal dünyanın yeni “kral”ı olması hazırda İstanbulda yaşayan azərbaycanlı kriminal avtoritet Nadir Səlifov (“Lotu Quli”) üçün ağır zərbə hesab edilir. Bu titula Səlifov da iddia edirdi. Hətta Rusiyanın kriminal nəşrləri onun imkanlarını yüksək qiymətləndirirdilər. Lakin “Lutu Quli”nin əsas rəqiblərindən olan erməni Eduard Asatryan (“Edik Osetrin”), Yuri Piçuqin (“Piçuqa”) və Tariel Oniani kimi nüfuzlu “qanuni oğrular”ın “Şişkan”ı dəstəkləməsi azərbaycanlı avtoritetin “bir nömrəli oğru” olmaq imkanlarını azaldıb.“Taxt oyunları” serialı GERÇƏK OLUR: kimlər "kral" olmaq üçün “Lotu Quli” ilə MÜHARİBƏ APARACAQ?