TÜRKİYƏDƏ QULİYƏ YAXIN KRİMİNAL AVTORİTET ÖLDÜRÜLDÜ - Fotolar

Türkiyənin Antaliya şəhərində Gürcüstanın məşhur krminal avtoriteti 60 yaşlı Gayoz Zviadadze (ləqəbi Giya Kutaissky) evinin qarşısında güllələnərək öldürülüb.

Unikal.org xəbər verir ki, hadisə aprel ayının 8-də Antalyanın Kəmər məhəlləsində baş verib.
Mafiya lideri olduğu təsdiqlənən Gürcüstan əsilli Gaioz Giorkhalidze evindən küçəyə çıxarkən, ağ bir avtomobildən qara maskalı 2 adam tərəfindən güllələnib. Gaioz Giorkhalidze aldığı 6 güllə yarasından hadisə yerində keçinib.
Hadisə nəticəsində ona yaxın olan Giga Petriashvili adlı şəxs də ayağından yaralandığı deyilir.
Bu arada hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları 6 nəfəri şübhəli şəxs qismində saxlayıblar.
Aralarında Rus, Gürcü və Erməni əsilli olduğu təyin olunan şübhəlilər R.A. (54), D.G. (55), D.K. (32), A.M. (32) və A.J. (41) polis şöbəsində izahatlı alınaraq, məhkəməyə aparılıblar.
Qeyd edək ki, Gaioz Giorkhalidze Rusiyanın Rostov bölgəsinin ən məşhur mafiya liderlərindən biri olduğu və burada 'Giya Kutaisskiy' ləqəbiylə tanındığı deyilir. Baş verən hadisənin isə bir mafiya hesablaşması olduğu deyilir. Giya Kutaissky 2012-ci ildə Moskvada saxlanılıb. O, Gürcüstanda silah satışına görə ittiham üzrə beynəlxalq axtarışda olub. Gürcüstan hakimiyyəti onu heçə tutmadı. Rusiyada miqrasiya qanunvericiliyini pozduğuna görə, oğru hüquqdan məhrum edilib. Zviadadze ənənələrə ciddi əməl edən "köhnə məktəb" lideri sayılırdı.
Türkiyədə yaşayan krminal avtoritet Nadir Salifov (ləqəbi Quli) azadlığa çıxdıqdan sonra ona yaxın olan əksər mafiya liderləri Türkiyədə yerləşdilər. Yunanıstanda yaşayan və Qulinin azadlığa çıxdıqdan sonra Türkiyəyə dönənlər arasında Giyas Zviadadze (Giya Kutaissky) və Zaala Makharoblidze (Glekhoviç) oldu.






Fikirlər