PUTİNLƏ TRAMP ARASINDA SENSASİYALI FAHİŞƏ SÖHBƏTİ ÜZƏ ÇIXDI

Putinlə Tramp arasında sensasiyalı FAHİŞƏ SÖHBƏTİ ÜZƏ ÇIXDI - Eks-kəşfiyyat şefi SİRRİ AÇDI

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş rəhbəri Ceyms Kominin prezident Donald Trampla etdiyi danışıqlara aid qeydlər Ədliyyə Nazirliyi tərəfindən Konqresə təqdim olunub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qeydlərlə ABŞ prezidenti və Rusiya lideri Vladimir Putin arasında olan sensasiyalı bir söhbət ortaya çıxıb.

Qeydlərə görə, Komi dövrün milli təhlükəsizlik məsləhətçisi Mixael Flinlə bağlı “ciddi şübhələrin” olduğunu bildirib.

Bundan başqa, qeydlərdə Tramp və Putin arasında olan bir söhbət diqqət çəkir. Qeydlərə görə, ABŞ prezidenti Komi ilə görüşündə Rusiyada fahişələrlə seks partisi təşkil etdiyi iddialarını “axmaqlıq” adlandıraraq rədd edib, ancaq daha sonra “Putin, mənə “dünyanın ən gözəl fahişələri bizdədir”, dedi”, - ifadəsini işlədib.

Qeyd edək ki, Tramp 2013-cü ildə “Dünya gözəli” müsabiqəsini keçirmək üçün Moskvada olub. İddiaya görə, Moskvanın əlində Trampın “Ritz Carlton Hotel”in lüks nömrəsində qaldığı zaman çəkilən videokasseti var. Üç il əvvəl əldə olunan həmin kasetdə Trampın fahişələrlə birlikdə olduğu iddia edilir.

Ötən ilin dekabrında “İndependent” nəşri yazmışdı ki, Trampın qaldığı hotelə gizli kamera yerləşdirilib və onun cinsi əlaqələrini əks etdirən video-görüntülər Rusiya liderinə çatdırılıb.






Fikirlər