KREMLİN İDEOLOQDAN İRƏVANDAKI etirazlar haqda SENSASİYALI AÇIQLAMA:
"Qərb və Rusiya qarşıdurması fonunda hansısa güclər Ermənistandakı aksiyaları idarə etməyə cəhd edəcək və onlar Dağlıq Qarabağda müharibəni alovlandıracaqlar. Bu da böyük qan tökülməsi ilə nəticələnəcək". Bu barədə Kremlin ideoloqu kimi tanınan Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyib. Onun sözlərinə görə, ermənilərin Sarkisyana etiraz etməsi normaldır: "Çünki Sarkisyanın idarəçiliyinin Ermənistanda bütün təbəqələrin maraqlarını təmin etdiyini demək çətindir. Lakin prosesin arxasında hansısa güclərin olması da istisna deyil. Əgər bu aksiyalar sırf sosial etiraz dalğasıdırsa, bunu normal qarşılamaq lazımdır. Yox əgər geosiyasi oyunların bir parçasıdırsa, bunun hibrid müharibəsinin bir forması olduğunu deyə bilərik və nəticəsi həm Rusiya, həm Ermənistan üçün çox ağır ola bilər. Bu baxımdan, Qarabağda müharibənin başlaması və proseslərin regionu əhatə etməsi istisna deyil". Duqin qeyd edib ki, Rusiya Ermənistanın daxili işinə qarışmır: "Hazırki etirazlar da Ermənistanın daxili işidir. Lakin proseslər Ermənistanla Rusiyanın münasibətlərinə xələl gətirsə, onda vəziyyət dəyişə bilər".