Trampdan ŞOK AÇIQLAMA: "ONA PUL VERDİM ki, seçkidə..."
ABŞ prezidenti Donald Tramp keçmiş porno ulduz Stormi Daniels ilə birlikdə olduğunu etiraf edib. Publika.az xəbər verir ki, o bu barədə özünün Tvitter hesabında paylaşım edib. Əsl adı Stephani Klifford olan Stormi Danielsin iddialarını təsdiqləyən prezident Tramp medianı şoka salıb. ABŞ Prezidenti paylaşdığı tvitdə həqiqətən də porno ulduzla münasibətdə olduğunu və bu münasibəti gizli saxlaması müqabilində seçkilərdən bir müddət əvvəl ona pul verildiyini etiraf edib. Açıqlamanın ardından Trampın vəkili açıqlama yayaraq Trampın bu ödənişdən xəbərinin olmadığını və bu addımın Trampın ailə nüfuzunun qorunması məqsədilə özünün planlaşdırdığını bəyan edib. Onun sözlərinə görə, Trampın 10 gün əvvələ qədər müqavilənin şərtlərindən belə xəbəri olmayıb. Pul isə seçki kampaniyası üçün ayrılan vəsaitdən deyil, kənar büdcədən götürülərək gizli yollarla ödənilib. Bununla bağlı Ağ Ev sözçüsü Sarah Sanders açıqlam verərək, məsələnin gündəmdə olduğunu və iddiaların araşdırıldığını deyib. O bildirib ki, Trampın son açıqlamalarına hüquqi rəy verilmədən şərh verməyəcək.