ATASIZ QALAN aktyordan Fuad Poladovla bağlı ÜRƏKDAĞLAYAN SÖZLƏR: əlimi bərk-bərk sıxdı... - VİDEO

Atasız qalan aktyordan Fuad Poladovla bağlı ÜRƏKDAĞLAYAN SÖZLƏR: əlimi bərk-bərk sıxdı... - VİDEO

Xoşbəxtəm ki, o insanla Akademik Milli Dram Teatrında eyni səhnəni bölüşmək mənə nəsib olub”.

Bu sözləri Publika.az-a açıqlamasında Fuad Poladovun Akademik Milli Dram Teatrında sonuncu oynadığı “Müsyö İbrahim və Quran çiçəyi” tamaşasında tərəf müqabili olan Murad İsmayıl deyib.

O, ustadının ölümündən sarsıldığını bildirib:

Biz bilirdik ki, o, ağır xəstəlikdən əziyyət çəkir, amma yenə də inanırdıq ki, Fuad bəy kimi güclü insan buna qalib gələcək və tezliklə sağalacaq. Aktyorun səsinin xəstəlikdən batdığını biləndə də şok keçirmişdik.

Xoşbəxtəm ki, o insanla Akademik Milli Dram Teatrında eyni səhnəni bölüşmək mənə nəsib olub. Böyük şəxsiyyət idi, ona həmişə ustadım demişəm. Ümumiyyətlə, aktyor kimi ondan çox şey öyrənmişəm. Sonuncu tamaşada bilirdik ki, Akademik Milli Dram Teatrından gedir. Mehriban xanımla danışmışdıq ki, tamaşa bitəndə biz kənara çəkilək, o, tək qalsın. Amma icazə vermədi, əlimi bərk-bərk sıxdı. O qədər qürurlu insan idi, teatrdan getmək istəməsə də, qalmağı özünə sığışdırmadı”.

Aktyor F.Poladovla tez-tez telefonla danışdığını deyib: “Xəstəliyi və ağrıları ilə oynamağı, zarafat etməyi bacarırdı. Tanıdığım ideal aktyor idi. Məncə, aktyorlar atasız qaldı. Azərbaycan kino və teatrına bir də onun kimi dahi şəxsiyyət gələcəkmi? Bax, bu sual məni düşündürür... Allah ona rəhmət eləsin”.

 






Fikirlər