ABŞ müharibə başlamadan TƏSLİM OLDU: “Rusiya elə ilk gündə...” - ŞOK SSENARİ
Moskva və Vaşinqton arasında hərbi münaqişə halında JSTARS radar sistemi ilə təchiz edilmiş ən müasir Amerika təyyarələri olan “Northrop Grumman E-8” dünyada analoqu olmayan Rusiyanin “S-400” zenit-raket kompleksləri tərəfindən ilk gündə vurulacaq. Publika.az xəbər verir ki, bu haqda “Newsweek” nəşrinin müxbiri Devid Brennan ABŞ-ın Hərbi Hava Qüvvələrinin başçısı Hizer Uilsonun Senatın hərbi-hava qüvvələri üzrə yarımkomitəsində çıxışına istinadən yazıb. Hərbi Hava Qüvvələrinin başçısı qeyd edib ki, Rusiyayla müharibənin elə ilk günü “S-400” kompleksləri Amerikanı səma üzərində nəzarətdən məhrum edəcəklər. Uilson bildirib ki, Rusiyadan geriliyi aradan qaldırmaq üçün ABŞ-a 7 milyard dollar lazım olacaq. “Havada Rusiya və Çinin üstünlüyü hərbi münaqişə halında “Northrop Grumman E-8” zəif edir. Hətta bu təyyarələrin müasirləşdirməsindən sonra da Rusiya və Çinin texnologiyaları onları asan hədəfə çevirəcək. JSTARS sistemi olan təyyarə müharibə halında effektsiz olacaq. Rusiya və Çinin “Yer-hava” tipli raketləri böyük mənzilə malikdir və təyyarə münaqişənin ilk günü vurulacaq. JSTARS-ın yeni platformasının hazırlanmasına təxminən 7 milyard dollar lazımdır”, - o vurğulayıb. Materialın müəllifi qeyd edir ki, “S-400” kompleksləri 402 kilometr uzaqlıqda və 30 kilometrdən çox hündürlükdə rəqibin raketləri və ya təyyarələrini məhv etməyə imkan verən ən effektiv zenit-raket kompleksi hesab edilir.
“Ötən ayda Çin “S-400”lərin ilk partiyasını aldı. Bununla da müasir texnologiyalardan istifadə edən ABŞ-ın rəqiblərinin sayı artdı. “S-400” ABŞ-ın hərbi rəhbərliyini əsəbiləşməyə məcbur edir və onlar bu geriliyi aradan qaldırmağa çalışırlar", — Brennan yazır. Materialın müəllifi qeyd edir ki, Rusiya artıq kompleksin yeni versiyası olan “S-500”lər üzərində işləyir. Bu komplekslər Yer kürəsinin orbitində bütün hədəfləri vura biiləcək. “Rusiyanın silahları hətta NATO-da münaqişələrə səbəb olur. Yunanıstan malik olduğu “S-300” komplekslərini müasirləşdirməyi planlaşdırır. Türkiyə isə “S-400” komplekslərinin alınması barədə Rusiya ilə razılaşıb”, - Brennan yekunlaşdırır.