NAZİR DEPUTATIN TİKİNİİSİNİ DAYANDIRDI - Araşdırma başladı - FOTO

Xəbər verdiyimiz kimi, Bakıda yaşayış binasının tikintisi zamanı antik saxsı qabların qalıqları və qədim yol aşkarlanıb. Paytaxtın Salatın Əsgərova küçəsində "Malibu Rezidens" şirkətinin apardığı tikinti işləri zamanı binanın bünövrəsi üçün qazıntı işləri aparılarkən tarixi əhəmiyyətli saxsı qablar və yeraltı gizli yol tapılıb.

 "AzerTaym.az xəbər verir ki, məlumat Unikal.org-da işıqlandırıldıqdan sonra Mədəniyyət naziri Əbülfəs Qarayev ərazidə dərhal tikinti işlərin dayandırılması və arxeloji işlərin aparılması üçün aidiyyatı qurumlara göstəriş verib.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Unikal.org-a verilən məlumata görə, Salatın Əsgərova, Rəsul Rza, Şamil Əzizbəyov və Mərdanov qardaşları küçələrinin perimetri daxilində çoxmərtəbəli binanın özülünün qazıntısı zamanı tarixi əhəmiyyəti olması ehtimal edilən maddi nümunələr aşkar olunub.

Hazırda ərazi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb. Tikinti işləri dayandırılıb. Arxeologiya institutunun mütəxəssisləri araşdırmalara cəlb olunub. Son nəticə mütəxəssislərin verdiyi rəy əsasında məlum olacaq. Əgər ərazidə tarixi və memarlıq əhəmiyyətinə malik olan abidələr aşkar olunarsa, burada tikinti işlərinə icazə verilməyəcək.

Qeyd edək ki, adıçəkilən tikinti şirkətinin İmişlidən seçilən deputat Əsabil Qasımova aid olduğu qeyd edilir.
Nazir deputatın tikintisini dayandırdı - Araşdırma başladı - FOTONazir deputatın tikintisini dayandırdı - Araşdırma başladı - FOTO






Fikirlər