Sumqayıt Şəhər Mühafizə İdarəsinin rəis müavini "işə" düşüb

Sumqayıt Şəhər Mühafizə İdarəsinin rəis müavini "işə" düşübOğluna rüşvətlə iş axtaran rəis müavini dələduzluqla üzləşib

Azərbaycanda polis rəisinin müavini dələduzluq hadisəsi ilə üzləşib.

"AzerTaym.az"xəbər verir ki,"Report"un məlumatına görə, Sumqayıt Şəhər Mühafizə İdarəsinin rəis müavini Novruz Mikayılov oğlunu hüquq-mühafizə orqanlarında işə düzəltmək məqsədilə Yaşar Sərdar oğlu Həbibovla razılığa gəlib. Həmin şəxsə 16 min manat pul verən rəis müavini bir neçə ay gözləyəndən sonra oğlunun işə düzəlmə məsələsinin alınmadığını görüb. Bu səbəbdən N.Mikayılov Y.Həbibovun qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra rəis müavininin 8 min manat pulu Y.Həbibov tərəfindən geri qaytarılıb. Rəis müavininə dəyən ziyanın tam ödənilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Hazırda əməkdaşımız Sumqayıt Şəhər Mühafizə İdarəsinin rəis müavini Novruz Mikayılovla əlaqə saxlayıb onun mövqeyini öyrənməyə çalışır. Bu barədə əlavə məlumat veriləcək.






Fikirlər