24.04.2014. - Rəis müavininin bıçaqlanma xəbəri yayıldı

24.04.2014. -   Rəis müavininin bıçaqlanma xəbəri yayıldı
24.04.2014. -   Rəis müavininin bıçaqlanma xəbəri yayıldı














Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun bıçaqlanması xəbəri yaylılıb.
Milli.Az-a məlumat verən oxucular deyirlər ki, bir müddət əvvəl Nazim Məcidov bulvarda şar satışı ilə məşğul olan şəxslər tərəfindən bıçaqlanıb. İcazəsiz şar satışı ilə məşğul olanları bulvar ərazisindən çıxararkən onların qəzəbinə tuş gəlib və hadisə baş verib.

Nazim Məcidov Milli.Az-a açıqlamasında şar satanlarıın cinayət törətməsini təsdiq etsə də, zərərçəkənin özü olmadığını bildirdi. Əlavə etdi ki, həmin şəxslər onu yox, bulvarın mühafizə xidmətinin əməkdaşını bıçaqlayıblar.

Rəis müavinin sözlərinə görə, bulvar ərazisində küçə ticarətinə qadağa var. Belə cəhdlərin qarşısı alınır. Şar satanları bulvar ərazisində çıxaran zaman həmin şəxslərdən biri bıçağa əl atmışdı.






Fikirlər