İrəvan “nazik BUZ” üstdə oynayır – Moskvadan SON HƏDƏ!

Ermənistan hökumətinin Rusiyaya qarşı de-marşları davam edir – kritik gəlişmə; Kremlin işğalçı ölkəyə qarşı “qamçı və kökə” siyasəti yeni biçimdə; rusiyalı politoloq: “Paşinyan Ermənistanı oyuna salıb...”

Ermənistanda son baş verən qalmaqallı hadisələr, xüsusən də sabiq prezident Robert Köçəryanın həbsi, “Rus NATO-su” sayılan KTMT baş katibi Yuri Xaçaturovun isə girov müqabilində müvəqqəti azad edilməsi (üzərində ittiham qalır) yeni bir situasiya yaradıb. Söhbət hər şeydən öncə İrəvan-Moskva münasibətlərində yaşanan kritik gəlişmələrdən və gözləntilərdən gedir.

Məsələ ondadır ki, həm R.Köçəryan, həm də general Y.Xaçaturov Rusiyaya sadiq adamlardır və daim Kremlin Ermənistanla bağlı maraqlarını gözləyiblər, faktiki olaraq, bu maraqların ötürücüləri olublar, Moskvaya heç vaxt asi olmayıblar. İndi isə belə rəy yaranır ki, yeni qərbyönlü baş nazir Nikol Paşinyan üçün Rusiya artıq əvvəlki dəyərdə və çəkidə deyil - sözdə o, ayrı “hava” çalsa da.

*****

Situasiyanın intriqalılığı da elə bundan ibarətdir. Yəni doğrudanmı Paşinyan “Ermənistanda təmizlik və qayda-qanun yaratmaq” adı ilə Rusiyanın ayağını tapdamağa belə hazırdır? O zaman bunun bədəlini hesablayıbmı?

Yuri Xaçaturov ile ilgili görsel sonucu

Elə təkcə KTMT baş katibi Yuri Xaçaturova qarşı ağır ittihamın irəli sürülməsi (Ermənistanda konstitusiya quruluşunu devirməyə cəhd) artıq Moskvada qıcıq yaradıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məsələ ilə bağlı erməni həmkarı Zoqrab Mnatsakanyanla son telefon danışığı bunun işartısı sayıla bilər. Lavrov diplomatik tonda da olsa, KTMT-nin baş katibinin istintaqa cəlb olunmasına etiraz bildirib - təbii ki, Putinin adından.  

Lavrov ile ilgili görsel sonucu

Hər necə olmasa, “Rus NATO-su” Kremlin layihəsidir və onun baş katibinin Moskva ilə məsləhətləşmədən, qəfildən ağır cinayətdə suçlamaq bu qurumun imicinə zərbədir. Yəni İrəvan ən azından Xaçaturovu geri çağırıb, yerinə başqa şəxs təyin olunandan sonra da ona qarşı hüquqi proseduru başlada bilərdi. Göründüyü kimi, Paşinyan buna lüzum görməyib və Rusiya qarşı sanki özünün müstəqil, sərbəst olduğunu göstərmək istəyib. Kimə, hansı ünvana göstərmək istəyib - Qərbəmi? Yəqin ki. O zaman məntiqlə gərək qarşılığına da hazır ola.  

KTMT ile ilgili görsel sonucu

*****

Paşinyan hökumətinə yaxın KİV-lərdə bu xüsusda gedən şərhlərdən aydın olur ki, Ermənistanın “xalq baş naziri”, deyəsən, belə addımlara Kremlin nəbzini tutmaq üçün, bilə-bilə gedir. Ancaq Putini “biləyini” tutmaq istəyinin özü belə riskli işdir.

“Belə görünür ki, Moskva hansısa proses hazırlayır və bundan ötrü lazımi informasiya fonu yaradır. Hadisələr məhz bu məcrada inkişaf eləməyə başlayıb”. “Yeni Müsavat”ın məlumatına görə, belə bir narahatlıq erməni siyasi icmalçı Sərkis Arsruninin 1 in.am saytında getmiş “Kremlin kəskin reaksiyasi: Moskva Köçəryanın həbsini ”həzm edə" bilmir" sərlövhəli şərh yazısında yer alıb. 

Kreml ile ilgili görsel sonucu

Məqalədə deyilir: “Sergey Lavrov bildirib ki, KTMT-nin qaydalarına uyğun olaraq, məhz erməni tərəfi rəsmi qaydada öz vətəndaşının KTMT baş katibi postundan geri çağırılması prosuduruna təşəbbüs eləməlidir. Moskva belə bir prosedur iradını diplomati kanallara da çatdıra bilərdi (İrəvan isə bunun əksi olan prosedur təklif eləmişdi ki, prosedura KTMT üzvləri özləri başlasın - ”YM"). Amma Moskvada Ermənistanın yeni hökumətini açıq şəkildə aşağılamağı üstün tutdular, İrəvanı qeyri-peşəkarlıqda suçladılar. Çətin ki, bu, sırf Xaçaturovun personası və ya KTMT baş katibi mövzusu ilə əlaqəli olsun. Hər şeydən göründüyü kimi, Moskva 1 mart işi ilə bağlı Ermənistanda yaşanan kəskin dönüşdən, o sırada ona sadiq olmuş Robert Köçəryanın həbsindən, Rusiya məmuru sayılan, Kremlin bütün göstərişlərini müticəsinə yerinə yetirən KTMT baş katibinin təqib olunmasından məmnun deyil, buna dözə bilmir".

kollaj manshet 31 iyul.jpg (670 KB)

Arsruniyə görə, Rusiyanın kəskin reaksiyasının qayəsində bu durur: “Və demək olar, heç bir şübhə yoxdur ki, bütün bunlar hansısa prosesin başlanğıcıdır. Kreml yenə özünün ənənəvi ”qamçı və kökə" siyasətindən istifadə edib, Ermənistan hökumətinə müxtəlif bazarlıqlar təklif edəcək. Onu da istisna eləmirik ki, İrəvanın təklif edəcəyi yeni baş katibin personası ilə bağlı konsensus əldə olunmaya bilər: Moskvada belə hesab edə bilərlər ki, Ermənistanın yeni hökumətinin nümayəndəsi Kremlə tabe olan inteqrasiya strukturunda cari idarəçilik üçün yaramır, çünki “yaddır”".

*****

Yuxarıdakı qeydlərdən də hasil olan qənaət budur ki, Moskva-İrəvan münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlayır. Bu mərhələ çətin ki, Nikol Paşinyan hökumətinə hansısa uğur gətirsin. Hər halda, bölgədə, Ermənistan ətrafında mövcud olan geosiyasi şərtlər bunu istisna edir. Rusiyalı analitiklərin xəbərdarlıqlarını da bu xüsusda təsadüfi saymaq olmaz.         

“İrəvan bir tərəfdə Avropa Birliyi, NATO, ABŞ, digər tərəfdə isə Rusiya olmaqla iki güc mərkəzi arasında manevr eləməyə, olduqca nazik bir ”buz" üstündən keçməyə çalışır". “Yeni Müsavat”ın məlumatına görə, bunu Qafqaz üzrə tanınmış rusiyalı ekspert və politoloq Andrey Yepifantsev “Vestnik Kavkaza” portalına deyib.

Onun sözlərinə görə, Ermənistanı bu oyuna baş nazir Nikol Paşinyan salıb. “Lakin Paşinyanın oyunu hələ ki alınmır. Əgər Ermənistanda desəydilər ki, onlar Cənubi Qafqazda anti-Rusiya forpostudur, yəqin ki, o zaman münasibət ayrı olardı və İrəvan üçün itkilər də böyük olardı”, - deyə rusiyalı ekspert əlavə edib.

Paşinyan ile ilgili görsel sonucu

Ancaq baş nazir Paşinyan Qərbdən hansısa real dəstəyi almaq üçün Rusiyaya qarşı de-marş siyasətini davam etdirmək zorundadır. Əks halda, hakimiyyətdən devirdiyi Serj Sərkisyanın köhnə kursuna qayıtmalı olacaq. Bu isə ondan, komandasından ötrü siyasi intihar deməkdir. Görək, Paşinyan nazik “buz” üstdə nə qədər duruş gətirəcək.

Bir şey dəqiqidir ki, - bunu rusiyalı politoloqların xəbərdarlıqlarından da görmək olar, - Moskva İrəvana qarşı qamçı siyasətini sərtləşdirməyə hazırlaşır. Çünki proseslər artıq “qırmızı xətt”ə yaxınlaşıb...   “Yeni Müsavat”    

 
 






Fikirlər