“Eşkiya dünyaya hökmdar olmaz” serialında ŞOK AYRILIQ
Son günlər özəl həyatı ilə gündəmə gələn aktrisa Dəniz Çakır baş rolda yer aldığı “Eşkiya dünyaya hökmdar olmaz” serialından ayrılıb. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə prodüser Raci Şaşmaz qərar verib. Məlumata görə, D.Çakır bu ilin sentyabrda yeni bölümləri yayımlanacaq serialın təqdimat çəkilişlərində yer almayıb. Belə ki, R.Şaşmaz son vaxtlar D.Çakırın özəl həyatı və içkili görüntüləri ilə tez-tez gündəmə gəlməsindən narahat olub. Ona görə də, belə bir qərar qəbul edib. Prodüserin bu qərarından D.Çakır şok yaşayıb. Artıq seriala baş rol üçün yeni aktrisa axtarılır.