Aktyor Oqtay Kaynarca baş rolunu canlandırdığı “Eşkıya dünyaya hökmdar olmaz” serialının yayımlanmamasının səbəbini açıqlayıb
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Eşkıya dünyaya hökmdar olmaz” serialının 54-cü bölümünün bir neçə həftədir yayımlanmaması fenomen serialın kanalının dəyişdiyi haqda xəbərlərin yayılmasına səbəb olub. Sosial şəbəkədə ekran işi haqda yazılan minlərlə şərhdən sonra serialın “Hızır”ı Oktay Kaynarca yazıb:
“Hesab edirəm ki, hər kəs serialın yayımlanmaması barədə açıqlama gözləyir. Hörmətli serial sevərər, hər il mövsüm ortası, yəni yanvar ayında bütün şirkətlərin büdcələrinin yenidən hesablanma dövrüdür. Yəni serialların yayaımlanmasına 2-3 həftə fasilə verilir. Bütün hazırlıqları və yeni bölümün çəkilişləri öz axarı ilə davam edir. Diqqətniz, səbriniz və sevginiz üçün təşəkkür edirik”.