Çakırdan Türkiyəni qarışdıran etiraf – FOTO
Milyonların unudulmaz serialı “Kurtlar Vadisi”sinin ən çox sevilən qəhrəmanlarından Oktay Kaynarca Çakır obrazı ilə yenidən ekranlara qayıdır. Yaxın günlərdə Türkiyənin ən böyük telekanallarının birində efirə gedecək yeni serial “Eşkıya Dünyaya Hükümdar Olmaz” adlanır. Oktay Kaynarca jurnalistlərə açıqlamasında bəzi həqiqətləri vaxtından əvvəl gördüyüni dilə gətirərək geniş müzakirələrə səbəb olan etiraflar edib. Bununla yanaşı, məşhur aktyor “Gəzi” mitinqinin başdan ayağa “səhv addım” olduğunu deyərək sənətçiləri sənətlə məşğul olmağa çağırıb.
Teleqraf.com Oktay Kayrancanın Türkiyənin “Sabah” qəzetinə verdiyi maraqlı müsahibəni təqdim edir:
- Çakır üçün darıxmısınız?
- Çakır üçün sadəcə mən yox, hamı darıxıb. Üstündən 10 il keçməsinə baxmayaraq, hər gün sosial mediada Çakırla bağlı heyranlıq mesajları gəlir. Bu mesajları yazanlar 10 il öncə serialı izləyənlər deyil, serialın bölümlərini təkrar izləyən gənclərdir. Küçədə də eyni şeylərlə qarşılaşırdım. Əslində çox əhəmiyyətlidir. Bu, uzun müddət tərəddüddə qaldığımız bir qərar idi. Madam ki, bu qədər tələb var, bunun da bir qarşılığı var deyə düşündük. Bir az da daşlar niyə yerinə oturdu? Tüklərimiz tikan-tikan oldu
- Daşlar niyə yerinə oturdu?
- Bunu hər hansı bir şəxlə həyata keçirmək doğru olmayacaqdı. Nəticə etibarı ilə bu ideyanın müəllifi Raci Şaşmazdır. Yəni Çakırı dilə gətirənlərin, yazanların təkrar qələmə almağı ilə bu layihə baş tuta bilərdi. Düzü, bir az xəyal kimi idi, ancaq həyat bizi təkrar bir araya gətirdi. Çakırı yazan və onu danışdıranlarla eyni fikirləri bölüşdük, oturub yazdılar. İlk dəfə oxuyanda hamımızın tükləri biz-biz oldu. Bəli, Çakır geri dönmüşdü. Həm də təptəzə bir layihə ilə: “Eşkiya Dünyaya Hükümdar Olmaz”. Bu 2004-cü ildə ölən obrazın hekayəsi deyil, özünəməxsus bir hekayə, ssenari və xarakterdir.
- Çakırın tilsimi nədir?
- Mənimlə o qədər qaynayıb-qarışan bir xarakterdir ki, az qalsın mən Çakır olmuşam, Çakır da mən. Ssenarini mənə gətirəndə onun ilk cümləsindən etibarən nə demək istədiklərini, hekayənin haraya yönlənəcəyini bildim. Bu, yazarların çox xoşuna gəlir. İzləyicilər Süleyman Çakırdan necə zövq aldılarsa, Hızır Çakırbeylidən də eyni zövqü, hətta daha çoxunu alacaqlar.
- İki Çakır arasında oxşarlıqlar var?
- Hələ də hövsələsiz bir adamdır. Ancaq aradan bu qədər vaxt keçdikdən sonra təmkinli, ağıllı və bir az da işgüzar bir adamdır. Yenə də açıq sözlü, enişli-yoxuşlu biridir, amma keçmişdəki qədər deyil. Artıq yaşlanmışıq.
- Yeni Çakırda yenə bir həyat yoldaşınız, iki oğlunuz var. Ancaq köhnə Çakırdan fərqli olaraq bir də ananız və qardaşınız var. Davamlı olaraq Çakır obrazını canladırmaq sizi məmnun edir, yoxsa stressə salır?
- Hızır Çakırbeyliyə yazılmış həyat daha yaxşıdır. Onu daha real və ayaqları yerə basan bir adam halına gətirib. Vaxtaşırı olsa da, hətta anti-qəhrəmana dönsə də, izləyicinin daha çox zövq alacağı biri olub. Bir ailəni ayaqda tuta bilmək üçün hər şeyi gözə alan bir adamdır. Bütün dərdi varlığında və yoxluğunda ailəsinin yaxşı olmasıdır. Bunun üçün də gözə almayacağı şey yoxdur.
- 10 il öncəki Çakırla böyük bir kollektivin əsas aktyorlarından biri idiniz. Burda isə kollektivi quran, bütün diqqətləri üzərinə çəkən bir Çakır var…
- Bəli, lokomotiv deyə bilərik. Hızır arxadan gələn qatarları çəkərək istiqaməti təyin edəcək. Ancaq təbii ki, bu istiqamət həmişə istədiyi şəkildə olmur. Yol ayrıcına gəlir, bəzən yanlış yolla yönəlir və burada da qarşıdurma yaşanır.
- Köhnə Çakırın adı Süleyman idi. Yeni Çakırın adı isə Hızır…
- Əvvəlki Çakır Süleyman kimi güclü idi, artıq indi Hızır kimi imdada çatacaq. (Gülür) Həyat yoldaşı Məryəmi Dəniz Çakır oynayacaq. Soyadının gözəlliyinə baxırsan? Dəniz son vaxtların ən yaxşı aktrisalarından biridir. Onunla işləmək gözəldir… Müjdə Uzmanın Nazlı performansına da heyran qalacaqsınız. Tarık Ünlüoğlu öncədən daha çox şey vəd edir… Bu dəfə baron kreslosunda o oturur. Adı Ünal Kaplandır.
- Bəs yeni serialda niyə Çakır oldunuz?
- 10 il öncəki Çakırın ilham qaynağı mənim gözlərim idi. Gözlərim hələ də mavidir. Bizim ölkəmizdə gözləri mavi olana Çakır deyilir.
- Əslində siz 10 il əvvəl Çakırla birlikdə bünövrəsiz şöhrəti, haqsız qazancı, güçsüzə qarşı güc istifadə etməyi canladırdınız. Ancaq bununla yanaşı, sizi gəcləri pis işlərə sövq etməkdə ittiham etdilər…
- Doğrudur, amma aradan keçən bu müddətə baxmayaraq, küçədə insanların mənə reaksiyası, bunun həqiqəti əks etdirmədiyini göstərir. Bizim gördüyümüz işin adı qəbul etsələr də, etməsələr də, sənətdir. Sənət hər zaman həqiqəti göstərmək məcburiyyətində deyil. Həmişə ərdəmli, fəzilətli olmaq və yaxşını göstərmək məcburiyyətində deyilik. Halbuki mətbuat ictimai vəzifə icra edər, həqiqəti və fəziləti göstərməyə borcludur.
- Sosial media dediyimiz yeni media ilə bağlı nə düşünürsünüz?
- Əslində mənim xoşum gəlir. Çünki o qədər dəqiq və real vəziyyət var ki… Birinin məimnlə bağlı dediyi bir şeyə öz qəzetimdən birbaşa bildiyim kimi cavab verə bilirəm.
- “Gəzi Parkı” hadisələrində istədiniz ki, məsum insanlara əsla zərər dəyməsin. Ancaq sizin hər yazdığınızı tərs yönə çevirən elə yeni media olan sosial şəbəkə idi. Son zamanlar yeni media kimi adlandırdığımız sosial şəbəkə bizi köhnə mediamızın gözəlliyini yenidən xatırlatmağa əsas oldu. Hər şeyi deyə bilirsiniz, amma görəsən, olduğu kimi də anlaşılırmı?
- Yazı dili ilə danışıq dili ayrıdır. Bəzən dostlarımızla danışmaq yerinə mesajlaşırıq, əslində həmin mesajlaşma nəticəsində bir çox şey səhv başa düşülür. Dilə gətirdiyim və arxasında durduğum səhv olsa belə, doğru şeylər varmı? Səhv yazdığım və etdiyim nə isə varmı? Təbii ki, var. Mən insanam, xəta edə bilərəm. “Paralel quruluş”la bağlı mən dünən hansı düşüncədə idimsə, bu gün də eyni düşüncədəyəm. Bəziləri mənim dediyimi daha sonra qəbul edə bilər. Axı onlar da insandırlar, xəta etmiş ola bilərlər. Mənim fikrimcə, yaşananlara və ölümlərə baxdıqda “Gəzi hadisələri” başdan-ayağa bir xəta idi. Biz aktyorlar sənətlə hadisələri tənqid etməliyik, əks halda böyük planların kiçik fiqurları olarıq.
Türkiyədə hər şey yaxşıya doğru gedir
- Ölkənin gedişatını necə görürsünüz?
- Millətimizə çox şeyi neqativ göstərməyə çalışırlar. Hətta ˝Bizdən bir şey olmaz˝ demək istəyirlər. Ancaq biz yaxşı millətik. Xarakteri olan millətik. Ölkənin gedişatını da müsbət görürəm, yaxşıya doğru gedir. Əsrlərdir özünə çıxış yolu tapmağı bacaran, ayaqda qala bilən dövlət qurmuş bir millətin ağlına güvənmək lazımdır.
- Geniş kütlələr tərəfindən sevilən bir şəxs olduğunuz üçün nə olursa- olsun, sizdən qucaqlayıcı davranış gözlənilir…
- Əslində bu cür söz-söhbətlər indi də var. Ötən gün Şener Şen bununla bağlı ˝Mən siyasi mübahisələrin içərisinə girmərəm, gördüyüm iş və yaşadığım həyatla bunu anlatmağa çalışıram˝ dedi. Bəziləri çıxıb dedi ki, ˝Elə şey olar? Fikrini söyləmədən, rəngini göstərmədən sənətçi olmaq olar?˝ Bunun ikisi də mümkündür. Bu sənətçinin seçimi olmalıdır və heç kim səni məcbur etməməlidir.
- 20 ildən sonra teatr səhnəsinə geri döndünüz və ˝Guguk Kuşu˝nda baş rol aldınız. “Guguk Kuşu” anti-imperialist və anti-kapitalist pyeslərdən biridir…
- Pyesdə vurğulanan şey fərdiyyətçi faşizmin həyatımızı necə yönləndirdiyidir. Bir siyasi metodu ittiham etmək çox asandır. Bəs içimizdəki faşizm? 70-ci illərdə yazılmış bir mətn və bu gün gəlib insanlara eyni şeyi deyir.
- Bəs teatr üçün bir az gecikdiyinizi düşünmürsünüzmü?
- 20 il geçikmişəm. 20 il boyunca televiziya, kino, səsləndirmə heç bizə imkan vermədi. Həmişə deyirdim teatra vaxt ayırmalıyıq. Teatr bir aktyorun var olduğu, özünü yenilədiyi yerdir.
- İzləyən hər kəsin ortaq qənaəti budur: Oktay Kaynarca böyük aktyordur…
- Təşəkkür edirəm. Mənim əslində teatrdan gələn aktyor olduğum unudulmuşdu. 20 il öncə iki oyun oynamışam və teatrı buraxmışam.
- Təkrar teatra başlamaq çətindir?
- Çətindir. Ona görə də qorxudan bu oyunun 65 məşqinin birini də qaçırmadım. Bu serialın yazarları ilə eyni dünyagörüşə sahibəm - Bu serial ilə yenə çox güləciyik? - Çox, həm də lap çox.
- Gərginlik necə?
- Eynilə.
- Bəs yenə dövlət-mütəşəkkil cinayət qrupları münasibətləri ilə bağlı nə isə öyrənəciyik?
- Bəli. Ancaq keçmiş dövrün ifadəsi ilə bu dövrün ifadəsi arasında fərq var təbii ki. Açığı, o dövrdə mafiya çox aktiv idi. Siyasət daha zəif idi, mafiya hakim idi. Ölkədə 10 ildə çox şey dəyişdi. Artıq mafiya qruplaşması real həyatda necə yoxdursa, ssenaridə də bunu görəciyik. Bu adamlar yavaş-yavaş real iş dünyasına keçiblər. Artıq keçmişdəki kimi beldə silah yoxdur. ˝Onu edək, bunu edək˝ dövrü bitdi. Ancaq serialda bundan daha çox dinamiklik var.
- Bu dünya konyukturu ilə bağlıdır, yoxsa Türkiyənin daxilindəki dinamiklik ilə?
- Əslində ikisi də var. Türkiyənin potensialının doğrultusunda özündən kənara güvən vermə məcburiyyəti var idi. Bunun ən mühim tərəflərindən biri də mafiyanın çökdürülməsi idi. Açığı dövlət də bunu etdi, artıq ˝polisə gedərəm˝ dediyiniz andan etibarən mafiyada hamının ayaqları titrəyir.
- Soruşmadan keçməm olmur, hansı polisə? Mafiya bitdi, “paralel” deyə bir sistem ortaya çıxdı…
- Dövlət xaricindəki quruluşların hamısının, amma hamısının fərqində olub qarşısında durmalıyıq. Bu da müasir mafiyadır. Ancaq klassik mafiyanı necə yox etdiksə müasiri də yox edəcək gücdəyik. Bunu daha öncə də dilə gətirdim. Bunu dilə gətirməyin cinayət olduğu dövrlərdən də keçdik. Ancaq buna baxmayaraq, mən hər zaman dilə gətirdim. Bu quruluşla (paralel) bağlı heç vaxt simpatiya göstərmədim, göstərməyəcəm də. “Eşkiya Dünyaya Hükümdar olmaz” ilə bağlı ən xoşuma gələn şeylərdən biri isə rejissor və ssenaristlərlə birlikdə Türkiyənin mövcud şərtlərinə eyni nöqtədən baxmağımızdır.
- Konservatoriya məzunusunuz. Niyə bir çox konservatoriya yoldaşınızdan fərqli olaraq vətən-millət-dövlət məsələləri ilə maraqlanırsınız?
- Maraqlanmaq məcburiyyətindəsən. Əgər bu ölkə ilə bağlı nə isə deyirsənsə, o zaman həqiqiəti dilə gətirməlisən. Mənim siyasi partiyam yoxdur, siyasətdən uzağam. Ancaq ölkəmlə bağlı sevdalarım var.
- Maqazin mediası ilə bağlı maraqlı münasibətiniz var. Həm çox dostsunuz, həm də çox dava-dalaşınız var…
- Bəli. Yediyim, gəzdiyim, sirrimi bölüşdüyüm çox sayda dostum var. Ancaq dalaşdığım çox sayda da insan var. Hamımız eyni gəmidəyik. Biz bu gəmini düzgün istiqamətə aparmalıyıq. Biz maqazinsiz həyatımızı davam etdirə bilərik? Çox məcbur qalsaq, bir az çətinlik çəksək də, bəli, yaşayarıq. Maqazin bizsiz varlığını sürdürə bilər? Yox.
- Özünüzlə baş-başa qaldığınız vaxt özünüzü hesaba çəkirsiniz?
- Çox. İş həyatıml, şəxsi həyatımla bağlı bir neçə dəfə özümü hesaba çəkmişəm. Peşman olmağı sevmirəm. Yaşamaq lazım olduğu üçün yaşadım deyə düşünürəm. Ancaq “indiki ağlım olsa başqa cür edərdim” dediyim saysız-hesabsız şeylər var.