ABŞ senatorlarından Türkiyəyə KRİTİK SƏFƏR
ABŞ ilə Türkiyə arasında yaranan siyasi-diplomatik və iqtisadi gərginlik davam edərkən Amerika Konqresindən bir heyət Ankaraya səfər edib. Publika.az xəbər verir ki, Türkiyə ilə müxtəlif mövzuları müzakirə edən heyət Rusiyadan alınan S-400 havadan müdafiə sistemi və F-35 qırıcılarının təhvili ilə bağlı problemləri gündəmə gətirib. NTV-nin xəbərinə görə, heyət Müdafiə və Xarici İşlər nazirliklərinin səlahiyyətli şəxsləri ilə görüşüb. Məsələ ilə bağlı verilən açıqlamada amerikalı heyətin “Münasibətlərin düzəlməsini istəyirik. S-400-lərdən vaz keçin, F-35-lər üçün əngəl aradan qalxsın” dediyi bildirilib.