AZƏRBAYCANA QARŞI de-MARŞ, Gürcüstana arxadan zərbə - növbəti erməni xəyanəti
Qonşu ölkə vasitəsilə özünə Rusiyadan “dəhliz” açmağa can atan ermənilərin Tiflisə qarşı daha bir nankorluğu; erməni separatizmi bölgəyə, Azərbaycana əsas təhlükə mənbəyi olaraq qalır... Gürcüstanla Ermənistan arasında münasibətlər ilk baxışda normal görünsə də, əslində belə deyil. Məsələ ondadır ki, dini yaxınlığa rəğmən, bu iki qonşu ölkə SSRİ dağılandan fərqli xarici siyasət oriyentasiyası seçib, fərqli ideoloji kurs götürüb. Bundan başqa, Ermənistan işğalçı, Gürcüstan isə işğala məruz qalan ölkədir. Özü də onun ərazilərinin bir hissəsini - Abxaziya və Cənubi Osetiyanı Ermənistanın 1 nömrəli müttəfiqi - Rusiya işğal edib. Ermənistan isə Moskvanın bölgədə əsas hərbi qalası olaraq qalır. Üstəgəl, Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan qoparılmasında yerli ermənilər də öz layiqli “töhfə”lərini veriblər. Ermənilərin bədnam “Baqration batalyonu”nun Suxumi uğrunda döyüşlərdə gürcülərə qarşı vuruşduğu və dinc gürcülərə qarşı xüsusi qəddarlıqla fərqləndiyini də bilməyən yoxdur. Nəhayət, Gürcüstanın ermənilərin kompakt yaşadıqları bölgə - Cavaxetiya bu gün də potensial separatizm ocağı olaraq qalır. Şəkk-şübhəsiz, ermənilər İrəvandan təlimat və fürsət gözləyirlər ki, gürcülərə daha bir zərbəni məhz buradan - Cavaxetiyadan vursunlar. Çörəyini yediyi xalqa xəyanət isə bədnam qonşular üçün çoxdan adiləşib. *****
Erməni xəyanətindən söz düşmüşkən, bu da növbəti fakt. Sentyabrın 27-də gürcü xalqı öz müasir tarixinin ən qanlı və kədərli hadisələrindən birini - Suxuminin işğalının 25 illiyini qeyd edib. Bəs Suxuminin işğalının 25 illiyi və Abxazıyanın yaradılmasının ildönümü münasibətilə Abxaziya rəhbəri Raul Xadjimbaya ilk təbrik göndərən kim olsa yaxşıdır? Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin rəhbəri Bako Saakyan! Qarabağ separatçılarının başçısı “Azadlıq günü və böyük vətən müharibəsində qələbə” adlı təbrik məktubunda qeyd edir: “25 illik dövr ərzində abxaz xalqı çətin, amma şücaətli yol keçib. Abxaz xalqı dövlət quruculuğunun bütün çətinlikləri ilə üzbəüz gəlir, öz dövlətlərini gücləndirirlər”.
“Kremlin tulası” ayaması daşıyan Saakyan aydın məsələdir ki, belə məsələlərdə özbaşına deyil. Yəni İrəvandan rüsxət olmasa, bu addıma getməz. Nəzərə alsaq ki, işğal olunmuş ərazilərimizdə qurulmuş saxta rejimin bütün yazışmaları, həmçinin viza məsələləri Ermənistan XİN tərəfindən aparılır, o zaman qənaət hasil olar ki, Bako Saakyanın dili ilə Ermənistan nəinki Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmədiyini nümayiş etdirir, daha betəri, onu pozmağa çalışır. Ermənilərin Abxaziya və Cənubi Osetiyada separatizm meyllərini dəstəkləməsi şəksiz ki, “Böyük Ermənistan” xülyasının tərkib hissəsi olmaqla yanaşı, Gürcüstanın Cavaxetiya regionuna olan ərazi iddialarının da daim aktual və gündəmdə olduğunu ortaya qoyur. *****
Ümumiyyətlə, Sovetlər İttifaqı dağılan kimi (hətta dağılanadək - 1988) köklü azərbaycanlı əhalinin sonuncu nəfərini də öz ərazisindən qovub monoetnik ölkəyə çevrilən Ermənistan üçüncü on illikdir ki, regionda Rusiya ilə birgə aqressiv separatçılığın əsas dayağı olaraq qalır. Guya Moskva ilə hərbi-siyasi ittifaq ona öz ərazilərini Azərbaycan və Gürcüstan hesabına genişləndirmək imkanı verəcək. Qonşu ölkələrə qarşı əsassız ərazi iddiası üzərində qurulan bu avantürist siyasət ilk növbədə erməni xalqına böyük fəlakətlər və məhrumiyyətlər gətirsə də, Ermənistanı blokada vəziyyətinə salsa da, əfsus ki, erməni başbilənləri bu gün də həmin siyasətdən əl çəkmək niyyətində deyillər. Gürcülərə qarşı xəyanətə gəlincə, o da faktdır ki, BMT-də Abxaziya və Cənubi Osetiya ilə bağlı hətta adi humanitar xarakterli sənədlərə dair səsvermələrdə belə, Ermənistan daima Rusiyanın yanında qərar tutub, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyib. Bu yaxınlarda eyni hal növbəti dəfə təkrarlanmış, rəsmi Tiflisin narazılığına səbəb olmuşdu. Hətta gürcü hökuməti İrəvandan izahat istəmişdi. Bütövlükdə bir neçə dəfə Tiflislə İrəvan arasında bu qəbildən diplomatik gərginliklər yaşanıb. Onlardan biri də “demokrat” N.Paşinyanın baş nazirliyi dövrünə təsadüf edir. Ötən ilin payızında isə Tiflis Gürcüstana yeni təyin olunan erməni səfir Sergey Minasyana aqreman verməkdən imtina etmiş, səbəb kimi onun Rusiyanın adamı olması və Cavaxetiyada etnik separatizmi dəstəkləməsini əsas gətirmişdi. İrəvan səfiri dəyişməli olmuşdu. ***** Budəfəki xəyanət də yəqin ki, izsiz ötüşməyəcək. Ən azından, Ermənistanı Rusiya ilə birləşdirən Abxaziya dəmir yolunun açılışının bir az da qəlizə düşəcəyini söyləmək olar. Bunu da yada salaq ki, ötən ay Gürcüstan quru yolla Ermənistana taxıl daşınmasını qadağan edən qərar vermiş, bu da dərhal Ermənistanda unun bahalaşmasına gətirmişdi. Lakin az sonra Tiflis humanizm prinsipini əsas götürüb, qərarını bir il ertələdi. Bu da ermənilərin adekvat cavabı. Erməni ki, erməni... Əsl əqrəb xislətidir. Ona yaxşılıq eləsən də, eləməsən də, sancacaq. Çünki vərdiş pis şeydir...