Azərbaycana İLK QAR YAĞDI
Azərbaycanın ən ucqar kəndinə qar yağıb. "Qafqazinfo"nun Şimal bürosunun Şimal-Şərq Quba Regional Hidrometrologiya Mərkəzindən əldə etdiyi məlumata görə, Qubanın Xınalıq kəndinə ilk qar yağıb. Qarın hündürlüyü 1 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcə olub. Xınalıq sakinlərinin bildirdiyinə görə qar artıq əriməyə başlayıb. Quba Xınalıq yolunda avtomobillərin gediş gəliçində çətinliklər yoxdur.