QUBALI MƏMUR BORCA GÖRƏ İNTİHAR EDİB – Deputatdan açıqlama

 

img1958156Dekabrın 2-də bit dərmanı içərək özünə qəsd edən Quba Rayon İcra Hakimiyyətinin Xınalıq kəndi üzrə nümayəndəsi Füzuli Şərifov ötən gün dünyasını dəyişib.
48 yaşlı Füzuli Şərifovun intihara əl atmasının səbəbi məlum olub.
Milli Məclisin Qubadan seçilmiş deputatı Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, icra nümayəndəsi borcu olduğuna görə canına qıyıb.
Füzuli Şərifovun müəyyən adamlara borcu olub. Borcunu ödəyə bilmədiyi üçün o, intihar edib. Füzuli yaxşı insan idi. Təəssüf ki, o, bu addımı ataraq canına qıydı”.
Qeyd edək ki, dekabrın 2-də bit dərmanı içərək özünə qəsd edən Quba Rayon İcra Hakimiyyətinin Xınalıq kəndi üzrə nümayəndəsi dünən axşam saatlarında dünyasını dəyişib. Niafidol adlanan və maye halında olan 1 şüşə bit dərmanı qəbul edən 4 uşaq atası Füzuli Şərifov güclü zəhərlənmə diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin paytaxt xəstəxanasında müalicə bir səmərə verməyib və icra nümayəndəsi dünən 21:05-də həyatını itirib.
Faktla bağlı Qubanın hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.






Fikirlər