Bakıdakı "28 Mall” ticarət mərkəzində Rusiyada yaşayan məşhur azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənovla görüş keçirilib.
AzerTaym Virtualaz.org-a istinadən xəbər verir ki, görüşə Həsənovun xeyli sayda pərəstişkarı, xüsusilə gənclər toplaşıb.
Çoxlu sayda insanın bir yer cəmləşməsi basabasa və təşvişə səbəb olub.
Bildirilir ki, "28 Mall”un havalandırma sistemi işinin öhdəsindən gəlməyib, bir müddət sonra bəzi ziyarətçilər və bloger özlərini pis hiss etməyə başlayıbar.
Qeyd edək ki, Rusiyanın ən populyar videoblogerlərindən olan Hüseyn Həsənov Sankt-Peterburqda anadan olub, bu şəhərin iqtisadiyyat universitetinin iqtisadiyyat və maliyyə fakültəsini bitirib. Restoran biznesinə sahibdir.
Blogerin özünün dediyinə görə, "İnstagram” səhifəsində bir reklam paylaşımının qiyməti 600-700 min rubla bərabərdir, hər bir paylaşım isə 33 milyondan çox baxış sayı toplayır. Hazırda onun "İnstagram” səhifəsinin 6,6 milyon abunəçisi var.