Kərəm Həsənovla Əziz Əzizovun "BAKU MALL"-u

Kərəm Həsənovla Əziz Əzizovun "BAKU MALL"-uAzərbaycanda iri məmurların böyük pullar qazanmaları üçün özlərinə yaratdıqları geniş biznes sahələrinin sayı-hesabı yoxdur. İstər ölkə içində, istərsə də xaricində qurulan bu gəlir sahələri arasında son dövrlərə təsadüf edənləri də az deyil.

"AzerTaym.az" qaynar.info-ya istinadən xəbər verir ki, bu yaxınlarda Bakıda fəaliyyətə başlamış böyük ticarət mərkəzlərindən biri olan «Baku Mall»ın əsl sahiblərinin iki nəfər olduğu məlum olub.
Etibarlı mənbələrdən Qaynar.info-ya daxil olan məlumata görə, həmin şəriklərdən biri Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin sədri Kərəm Həsənovdur.
İddia edilir ki, bir neçə on milyon dollara başa gəlmiş həmin ticarət obyktinin aylıq gəliri də kiçik rəqəmlərlə ifadə olunmur. Mənbənin sözlərinə görə, Kərəm Həsənov dövlət məmuru olduğundan özünün birbaşa mərkəzə nəzarət etməsi mümkünsüzdür. Və bu səbəbdən də maliyyə işlərini qardaşı, deputat Malik Həsənova həvalə edib.

Qaynar.info-nun araşdırmalarına görə, «Baku Mall»ın ikinci şəriki isə çox təəccüblü olsa da, icra başçısıdır. Məlumata görə, Cəlilabadın icra başçısı Əziz Əzizov Kərəm Həsənovun ən yaxın adamı olmaqla yanaşı, həm də onun «kassir»lərindən biri sayılır. Həmçinin bu iki məmurun bir birləri ilə bir neçə şərikli biznes sahələrinin olduğu da deyilir.
Qeyd edilir ki, Qələbə Meydanında yerləşən «Baku Mall»ın tikintisini Kərəm Həsənova məxsus olan «Azinko» şirkəti həyata keçirsə də, onun bütün maliyyəsini sözügedən icra başçısı verib. Elə buna görə də, Əziz Əzizova ticarət mərkəzindən önəmli pay ayrılıb.
Qaynar.info xatırladır ki, bu yaxınlarda Kərəm Həsənovun «çirkli pulları»nı «təmizləmək» üçün yararlandıqları bank da üzə çıxmışdı. Məlum olmuşdu ki, Beynəlxalq Bankın Cəlilabad filialı komitə sədrinin yaxın qohumu olan Xalis Abbasova həvalə olunub. Bütün maliyyə əməliyyatları da bu filial vasitəsi ilə həyata keçirilir. Həmin bank filialının həmçinin Cəlilabadın icra başçısı Əziz Əzizovun da pullarını ölkə xaricinə çıxarmağa yardımçı olduğu vurğulanır. Çox maraqlıdır ki, «Baku Mall»dan əldə olunan gəlirlərin də məhz sözügedən bankın filialı vasitəsi ilə reallaşdırıldığı iddia edilir.
Onu da xatırladaq ki, “Baku Mall” ticarət mərkəzi keçmiş “Qələbə” kinoteatrının yerində tikilib. Adıçəkilən kinoteatr müəmmalı şəkildə özəlləşdirilib söküləndən sonra yerində ticarət mərkəzi peyda oldu.


P.S. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.






Fikirlər