05.03.2014. - "Bank of Baku"dan xanımlara 8 Mart hədiyyəsi: tam komissiyasız kredit

05.03.2014. -  "Bank of Baku"dan xanımlara 8 Mart hədiyyəsi: tam komissiyasız kreditBank of Baku” qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Azərbaycan xanımları üçün Komissiyasız Nağd Pul Krediti günləri elan edir.

Yalnız iki gün, 7 və 8 mart 2014-cü il tarixlərində “Bank of Baku”da nağd pul krediti rəsmiləşdirən hər xanım komissiya ödənişindən tam azad edilir.
Komissiyasız kredit rəsmiləşdirmək üçün cəmi iki sənəd tələb edilir: şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (və ya gəlirləri təsdiq edən digər sənədlər).

Kreditin maksimal həddi 15.000 manatdır.

Komissiyasız kredit rəsmiləşdirmək üçün “Bank of Baku”nun ölkə boyunca yerləşən istənilən filialına müraciət oluna bilər.

Daha ətraflı məlumat üçün: 145 nömrəli Məlumat Mərkəzi və ya www.facebook.com/bankofbaku






Fikirlər