Kərəm Həsənov Azər-Türk Bankı aldı
AzNews.az xəbər verir ki, Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti Dövlət Əmlak Komitəsi tərəfindən alınması ilə dövlətə məxsus bankların sayı ikiyə qalxıb. Beynəlxalq bankla yanaşı Azər-Türk Bank-ın da səhmlərinin 50% dövlət tərəfindən alınıb. Bankın idarəedicili Maliyyə Nazirliyinə verilib. Qeyd edək ki, Azər-Türk Bank ASC 25.05.1995-ci ildə T.C.Ziraat Bankası A.Ş. və Aqrarkredit Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilib və Azərbaycan Respublikası Mərkəzi Bankının 29.06.1995-ci il tarixli, 234 nömrəli lisenziyası ilə 11.07.1995-ci il tarixdə fəaliyyətə başlayıb.
Hazırda, nizamnamə kapitalı 12.242.908,00 AZN təşkil edən Bankın səhmdarları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (50%), Türkiyə Respublikası Ziraat Bank (46,00 %) və Ziraat Bank Beynəlxalq Almaniya (4.00%).