Fransanın əsl məqsədi, “KİÇİK BACI"sı olan Ermənistanı... - Politoloq İFŞA ETDİ
“Fransanın ATƏT-in Minsk qrupunda təmsil edilməsinin əsas məqsədi Ermənistanın qeyri-qanuni iddialarına dəstək vermək, Azərbaycanın işğal altında qalan torpaqları ilə bağlı danışıqlar prosesini ləngitmək, mövcud status-kvonun saxlanılmasına səy göstərməkdir. Bu isə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini davam etdirməsini mümükünsüz edir”. Bu sözləri politoloq Elçin Mirzəbəyli Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın Fransaya səfərinə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, Fransa ermənipərəst mövqe sərgiləyir: “Fransada böyük erməni diasporu var və siyasətçilərinin bir hissəsi bu diaspordan asılı vəziyyətdədirlər, onların maraqlarını ifadə edirlər. Təsadüfi deyil ki, Fransanın rəhbərləri bu və ya digər şəkildə müxtəlif cəbhələrdə Ermənistanı “Fransanın kiçik bacısı” elan ediblər. Bu da “böyük bacı”nın “kiçik bacı”ya səmimi münasibətidir, təbii ki. Bu səfərlər tamamilə qanunsuzdur və Fransa beynəlxalq hüququ kobud şəkildə pozmaqla məşğuldur. Bu, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının vaxtilə Azərbaycanın işğal altında olan ərazilərinin qeyd-şərtsiz azad edilməsilə bağlı verdiyi qətnamələrə əməl etməməsidir. Beynəlxalq hüququn prinsiplərinə əməl etməməsidir. Digər tərəfdən, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi də qeyri-qanuni davranışlar sərgiləyir. Bütün bu amillər belə bir təəssürat yaradır ki, Fransanın ATƏT-in Minsk qrupunda təmsil edilməsinin əsas məqsədi Ermənistanın qeyri-qanuni iddialarına dəstək vermək, Azərbaycanın işğal altında qalan torpaqları ilə bağlı danışıqlar prosesini ləngitmək, mövcud status-kvonun saxlanılmasına səy göstərməkdir. Bu da şübhəsiz ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini davam etdirməsini mümkünsüz edir. Çünki bildiyiniz kimi, Minsk qrupunun həmsədrləri BMT-nin qətnamələrinin icrasına əməl etməlidir, həm də danışıqlar prosesində vasitəçi olduqları üçün mövqeləri tərəfsiz olmalıdır. Fransa isə özünü tamamilə tərəf kimi aparır və özünü işğalçı rejimin himayədarı kimi təqdim edir. Fransa prezidenti Emanuel Makron başda olmaqla, bir sıra ermənipərəst siyasətçilərin qondarma "Dağlıq Qarabağ Respublikası"nı de-yure qəbul etməsi, bununla yanaşı, 1915-ci ildə Türkiyənin ermənilərə qarşı soyqırımı törətməsi iddialarının mütəmadi olaraq qabardılması məsələləri də gündəmini qorumaqdadır. Burada geosiyasi amillər böyükdür: Fransa regionun iki güclü dövlətinə qarşı siyasət yürütməklə, Ermənistanı himayə etməklə, öz maraqlarını ifadə etməyə cəhd göstərir”.