Kamal Kılıçdaroğluna Ankarada hücum etdilər - VİDEO,FOTOLAR
Qəzəbli kütlə onu döymək istəyib
Türkiyənin ana müxalifət gücü, Cümhuriyyət Xalq partiyasının sədri Kamal Kılıçdaroğlu bu gün paytaxt Ankaranın Çubuk rayonunda qatıldığı cənazə mərasimində hücuma məruz qalıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kamal Kılıçdaroğlu dünən Hakkari vilayətində, İraqla sərhəddə PKK terror təşkilatının şəhid etdiyi 4 əsgərdən biri, professional əsgər Yener Kırıkçının dəfn mərasiminə qatılıbmış.
Cənazə namazının qılınmasından dərhal sonra bir qrup şəxs CHP sədrinə əvvəlcə sözlə etiraz edib, daha sonra isə onu vurmağa cəhd edib.
Kılıçdaroğlu polis və jandarmanın köməyi ilə hadisə yerindən uzaqlaşdırılıb və dəfn mərasiminə yaxın bir evə götürülüb.
Burada polis evin ətrafındakı qəzəbli kütləni dağıtmaq üçün tədbirlər görüb.
Ankara valililyi isə hadisə ilə bağlı cinayət işinin başlandığını və günhakar şəxslərin tapılıb cəzalandırılacağını bəyan edib.