432 kilometrlik Ədalət yürüşü bu gün yekunlaşır - CHP-nin ən böyük mitinqindən - FOTOLAR
Türkiyənin Cumhuriyyət Xalq Partiyasının(CHP) sədri Kamal Kılıçdaroğlu 25 gün bundan əvvəl Ankara Güvənparkta başladığı Ədalət Yürüşünün 3,5 kilometrlik son etabına Türkiyə saatı 16:00-da Dragostan çıxaraq başladı. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kamal Kılıçdaroğlunu 2 kilometrlik hissədə CHP rəsmiləri və bəzi partiyadaşlar müşayiət edir. 2 kilometrlik yürüşün ardından qısa bir fasilə veriləcək. CHP lideri fasilənin ardından 1,5 kilometrlik son hissəni isə tək addımlayacaq. Kılıçdaroğlunun, yürüyüşünün son 150 metrini isə mitinq sahəsində qurulan platformada gerçəkləşdirəcəyi və cəmi 432 kilometrlik Ədalət Yürüşünü bu cür yekunlaşacağı bildirilib Ədalət mitinqi üçün göndərilən 3 min maşınla əraziyə dətəkçilər toplaşdı. CHP-nin həyata keçirdiyi mitinqlərdə ilk dəfə bu qədər izdiham olub. İstanbul Valisi Vasip Şahin çıxıışda "Cənab Kılıçdaroğlu cümə günündən etibarən rayonumuza daxil olmağa başladı. Bu gün axşama doğru mitinqləri olacaq. Mitinq və yürüş marşrutunun təhlükəsizliyini təmin etmək üçün 15 min polis gücləndirilmiş rejimdə xidmət göstərir. Burada təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə çatdırılıb. İnşallah ən gözəl şəkildə mitinq keçiriləcək" deyib. CHP Lideri Kamal Kılıçdaroğlu gələnə qədər məşhur müğənni Onur Akın "Bekle bizi İstanbul" mahnısı ilə konsertə başlayıb..
Mininqin keçirildiyi ərazidə təhlükəsizlik tədbirləri ən üst səviyyəyə çıxarılıb.