“Yeni mahnım onların həyatıdır” - Zülfiyyə XANBABAYEVA
Xalq artisti Zülfiyyə Xanbabayeva “Sevən tərəfdə mən” adlı yeni mahnısından və söz açıb. "AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb: “Tanıdığım insanlardan bir neçəsi yeni mahnımın həyatlarında baş verənlərdən bəhs etdiyini deyiblər. İnsanların mahnılarımda öz hekayələrini görmələrinə sevinirəm. Çünki öz həyatımın da müxtəlif dövrləri, hadisələri ilə bağlı olan mahnılar var... Məni keçmişə, yaşananlara qaytaran doğma mahnılar. Hisslərinizi, sevinc və kədərinizi bölüşdüyüm üçün xoşbəxtəm”. Qeyd edək ki, ifaçının sözügedən mahnısına çəkilən klip 5 günə 73 min dəfə izlənilib.