ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...

İnqilab liderinin “iki stul” siyasəti özünə qarşı işləyir; Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının “qərbyönlü” rəhbərini Amerikaya niyə göndərib? ABŞ-ın İrəvandakı yeni səfiri də “Moskva ilə qırılmaz bağlar”dan danışdı; erməni politoloq: “Paşinyan Trampla görüşsə, ona nə deyəcək?”

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-da səfərdədir. Erməni mediasının yazdığına görə, dünən o, Vaşinqtonda Avropa və Rusiya məsələləri üzrə ABŞ Təhlükəsizlik Şurasının direktoru və ABŞ prezidentinin xüsusi köməkçisi Fiona Xillə görüşüb. Erməni qaynaqları bildirir ki, Qriqoryan görüş zamanı Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupunun həmsədri kimi mühüm rolundan danışıb.

Öz növbəsində xanım Xill müxtəlif səviyyələrdə ABŞ-Ermənistan əlaqələrini genişləndirməyin vacibliyini vurğulayıb. “Tərıflər ikitərəfli əməkdaşlığın gündəmində olan məsələləri, sərmayə və maliyyə imkanları məsələsini müzakirə ediblər. Habelə Qarabağ konfliktinin dinc yolla həlli zəruriliyi qeyd edilib” - məlumatda bildirilir.

*****

Kreml ile ilgili görsel sonucu

Trampın xüsusi köməkçisi “ABŞ-Ermənistan əlaqələrini genişləndirməyin vacibliyini”ni vurğulamaqla əslində bu əlaqələrin arzu edilən səviyyədə olmadığını Paşinyanın adamının diqqətinə çatdırıb. Bu da təsadüfi deyil. Çünki Ermənistanda bir il öncə ABŞ-ın həlledici dəstəyi ilə baş tutan “məxməri inqilab” hesabına hakimiyyətə gəlmiş Nikol Paşinyan Amerikanın gözləntilərini doğrultmayıb. Amerika ondan ciddi narazıdır.

Bu mənada son aylar Rusiyaya yaxınlaşmaq yönündə böyük məsafə qət eləmiş “qərbçi” Paşinyanın açıq-aşkar Rusiya əleyhdarı kimi tanınan Qriqoryanı Amerikaya yollaması maraq doğurur. İstisna deyil ki, Nikol Paşinyan bununla bir növ, ABŞ-ı da öz yanında görmək istəyinin mesajını çatdırmaq və “Rusiya faktoru” ilə hesablaşmağın vacibliyini qarşı tərəfə anlatmaq istəyir. Ancaq çətin ki, bu kimi gedişlər ABŞ-da Paşinyan hökumətinə rəğbəti və dəstəyi artırsın.         

trump ile ilgili görsel sonucu

*****

“Ermənistan putinyönlü xarici siyasət aparır”. “Yeni Müsavat” xəbər verir ki, bunu Tert.am-a erməni siyasi texnoloq Armen Bədəlyan deyib. Onun sözlərinə görə, xarici siyasəti konkret olaraq baş nazir Nikol Paşinyan həyata keçirir və İrəvan Rusiya prezidentinə sübut eləmək istəyir ki, hakimiyyət dəyişikliyinin arxasında xarici maliyyə dayanmır.

“Bu siyasət Paşinyan iqtidarda olduqca davam edəcək. Görünür, Rusiya baş nazirin zəif tərəfini tapıb və onu sədaqət andları içməyə məcbur edir. Mən məsləhət görərdim ki, beynəlxalq münasibətlərdə ”əla" sözü işlədilməsin - hansı ki, erməni-Rusiya münasibətlərində istifadə olunur. Çünki bu termin özündə qul asılılığının təzahürlərini daşıyır", - deyə o qeyd edib.

Con Bolton İrəvanı ile ilgili görsel sonucu

Erməni ekspertin fikrincə, hazırda Ermənistanın ABŞ, Çin, Yaponiya, Hindistan, Avropa Birliyi ilə münasibətlərinin gündəliyi yoxdur. “ABŞ-la siyasi gündəm nədən ibarətdir? Tutaq ki, Tramp Paşinyanla görüşür. Paşinyan ona deyir ki, Ermənistanda baş verənlər məxməri inqilab deyil və Ermənistan özünün xarici siyasət vektorunu dəyişmir. Bəs üçüncü təklif necə olacaq? ABŞ-a o, nə deyəcək, nə təklif edəcək? ABŞ praqmatik xarici siyasət yürüdür, Ermənistan ona nə təklif edəcək” - Bədəlyan sual edib.

O hesab edir ki, Ermənistanın özü Birləşmiş Ştatlarla sıx əlaqələrdə maraqlı olmalıdır. “Paşinyan isə ABŞ-ın əleyhdarıdır və Rusiya KİV-lərində demokratik dövlət kimi Amerikanı Ermənistandakı hadisələrə reaksiya verməməyə görə tənqid edir. Bu, etika pozuntusudur”, - deyə erməni ekspert sonda əlavə edib.

*****

Lakin hələ ki Ağ Ev inqilabçı baş nazirdən tam əlini üzmüş kimi də görünmür. 

“ABŞ başa düşür ki, Ermənistanı Rusiyaya coğrafi və tarixi tellər bağlayır”. “Yeni Müsavat”ın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın Ermənistandakı təzə səfiri Linn Treysi dünən İrəvanda jurnalistlərə açıqlamasında bildirib. Bununla belə, amerikalı diplomat Rusiya ilə bağlantının ABŞ, Avropa Birliyi ilə əlaqələrin inkişafına mane olmayacağına ümid etdiyini də deyib.

“Ermənistan coğrafi və tarixi baxımdan Rusiyaya, mədəniyyət və dəyərlər sistemi baxımından isə Qərbə bağlıdır”, - deyə xanım səfir qeyd edib və bununla faktiki surətdə Paşinyan hökumətinə incə bir ismarış verib ki, Ermənistanın yeri Rusiyanın yox, Qərbin yanındır, Qərb ailəsidir.

Ancaq İrəvan üçün bu seçimi eləmək asan deyil. Çünki tarix boyu rusun, fransızın, ingilisin əlində alət olmağa öyrəşən ermənilər indi məhz işğal elədikləri Dağlıq Qarabağla birgə Rusiyadan qopub Qərbə sığınmağı xəyal edirlər. Bu isə mümkünsüzdür. Hətta heç Qərb də bunu arzulamır və real saymır. ABŞ və Avropa Birliyi Rusiya orbitindən uzaqlaşmaq üçün İrəvana ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə anlaşmağı təkid edir. Bu anlaşma isə Qarabağ məsələsində İrəvandan, nəhayət, ədalətli və beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqe tələb edir. O da yoxdur. Demək, Ermənistanın Qərbə yaxınlaşması, üstəlik, Dağlıq Qarabağla birgə yaxınlaşması da röya olaraq qalacaq. Onun Rusiyadan vassal asılılığı davam edəcək.

*****

Con Bolton İrəvanı ile ilgili görsel sonucu

Xatırladaq ki, ötən ilin oktyabrında bölgə səfəri çərçivəsində İrəvanda olmuş ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanı Rusiya ilə tarixi kökləri qoparmağa çağırmışdı. Ardınca prezident Donald Trampın Paşinyana göndərdiyi təbrik məktubunda Ermənistanın öz qonşuları ilə anlaşmayacağı təqdirdə təhlükəsiz mövcud ola bilməyəcəyi mesajı əksini tapmışdı.     

Lakin Boltonun səfərindən ötən müddətdə Paşinyan nəinki ABŞ-a, Qərbə doğru addımlar atmadı, əksinə, Rusiya ilə daha sıx yaxınlaşmaq kursu götürdü, Moskvaya ard-arda sədaqət andları içdi və içməkdədir; Vaşinqtonun qəzəbinə səbəb olsa da, Rusiyanın istəyi ilə Suriyaya ermənilərdən ibarət humanitar-hərbi missiya göndərdi. Hərçənd Nikol Paşinyan hələ də özünü “iki stul”da oturmuş kimi hiss edir. Halbuki bu “stul”dan birini ABŞ onun altından çəkib. Paşinyanın “iki stul” siyasəti özünə qarşı işləməyə başlayıb.             

Bununla belə, İrəvan hələ də ABŞ-a qarşı Rusiya “kartı”ndan yararlanmağa ümid edir. Amerikalıları inandırmağa çalışır ki, başqa çıxış yolu yoxdur və bu vəziyyəti Qərbin anlaşıqla qarşılayıb İrəvandan maddi dəstəyini əsirgəməyəcəyinə sadəlövhcəsinə ümid edir. Ona görə “sadəlövhcəsinə” ki, “Rusiya kartı” ilə şantaj üsulu köhnəlib, əvvəlki effektdə deyil. Paşinyana isə təcili pul lazımdır. Onu da hətta Çin belə, boşuna vermir...  (musavat.com)      

 






Fikirlər