"Görünür texnika da öhdəsindən gələ bilmir" - İtkin pilot 14 GÜNDÜR NİYƏ TAPILMIR?!

Картинки по запросу Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev

İyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevdən artıq 14 gündür ki, xəbər yoxdur. 

"AzerTaym.az" bildirir ki,Rəşad Atakişiyevin qaynatası olan politoloq Qabil Hüseynli “Yeni Sabah”a açıqlamasında hava şəraitinə baxmayaraq pilotun axtarışlarının davam etdiyini deyib:

“Dənizdə güclü dalğaların olmasına baxmayaraq, axtarışlar davam edir. Dünən mən özüm də şəxsən orda olmuşam. Türkiyədən gələn dalğıclar da sürətli işləyirlər. Axtarışlar bir an olsun dayanmır. 

Düşmə yerinin bilinməməsi, radarlardan itməsi onun tapılmamasının əsas səbəbidir. Müxtəlif texniki məlumatlara və onlarla birgə qalxan təyyarəçilərin məlumatlarına əsasən onun yerini müəyyənləşdirməyə çalışırlar. 

Dənizin dibi qayalıqdır, çox mürəkkəb dəniz şəraiti var. Xəzər dənizinin bu qədər şıltaq və dalğalı olduğunu bilmirdim. Üzü Nabrana getdikcə dəniz çox təhlükəli hal alır. Görünür texnika da öhdəsindən gələ bilmir. Amma mən ümidvaram ki, qara qutunu da, pilotu da tapacaqlar. Pilotun nəşini də tapacaqlar, işi sona yetirəcəklər".

 






Fikirlər