Müsavatdan Qabil Hüseynliyinin çağırışına REAKSİYA: “Dəfndə iştirak etmərik, amma...”
İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Saləddin oğlunun Atakişiyev bu gün II Fəxri Xiyabanda dəfn olunacaq. Mərhum pilotun qayınatası, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli kürəkəninin dəfni ilə bağlı müxalifət partiyalarına müraciət ünvanlayıb: "Müxtəlif siyasi partiya üzvlərindən və siyasi qruplardan sabah keçiriləcək vida mərasiminə qatılmamağı xahiş edirik" . Qabil Hüseynlinin çağırışı müxalif düşərgədə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bu çağırışa görə onu qınayanlar da olub və iqtidar-müxalifət nümayəndələrinin məhz belə mərasimlərdə birlik nümayiş etdirməsinin vacibliyi vurğulaıb. Gənc yaşında belə böyük mütəxəssisin, yüksək rütbəli zabitin yetişməsi istedadın, intellektin, illərlə çəkilən zəhmətin nəticəsi idi. Ruhun şad olsun, vətən oğlu. Rahat uyu. Allah rəhmət eləsin!”.
"Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Ailəmizin, hətta xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi divident əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, sabah keçiriləcək vida mərasiminə qatılmasınlar. Rica edirəm ki, bu ağrılı günümüzdə bizi başa düşsünlər"-deyə sabiq dövlət müşaviri Axar.az-a açıqlamasında bildirib.
Müsavat Partiyasının başqanı Arif Hacılı dəfnə qatılmamaqla bağlı bunları deyib:
“Şəhid pilotumuz, Rəşad Atakişiyev bu gün dəfn olunacaq.
İtirdik. Azərbaycan itirdi.
Rəşad Atakişiyevin itkisi yalnız onun ailəsinə, yaxınlarına aid olan bir məsələ deyil.
Dəfn mərasimində iştirak edənlər də, etməyənlər də bu kədərə şərikdir.
Bu hadisədən də siyasi məqsəd güdənlərin davranışı bizim şəhidimizə münasibətimizi dəyişməz.
Dəfndə iştirak etmərik, sonra məzarı başında anarıq. Əsas odur ki, unutmarıq.