PARLAMENTİN BURAXILMASI DEKABRIN 2-nə QALDI - Spikerdən AÇIQLAMA

Image result for spiker oktay əsədov"

Milli Məclisin buraxılması barədə məsələ dekabrın 2-də parlamentdə müzakirəyə çıxarılacaq. "Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

O bildirib ki, dekabrın 2-də qanunverici orqanın iclası keçiriləcək: "İclasın gündəliyində bir məsələ var. Bu da YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin müzakirəsidir". 

"Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar mənə müraciət ediblər. Onlar V çağırış Milli Məclisin buraxılması ilə bağlı növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edilməsi haqqında məsələnin müzakirəyə çıxarımasını istəyiblər"- deyə spiker bildirib.

"Mən də bu məsələyə dəstək vermişəm. Dekabrın 2-də gündəlikdə bir məsələ olacaq və bununla bağlı plenar iclas keçiriləcək", - deyə O.Əsədov vurğulayıb.

Milli Məclisin sədri deyib ki, qanunverici orqanın buraxılması barədə məsələ bütün deputatlara aiddir: "Bu, hər kəsə aiddir, həm siyasi partiyaların üzvlərinə, həm də birtərəf olanlara".

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

***

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan deputatların parlamentin buraxılması ilə bağlı müraciəti Milli Məclisə daxil olub.

Report xəbər verir ki, müraciət artıq parlamentdədir.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub






Fikirlər